Tabloid.az
Kişilərin 10 intim sirri
Həyat yoldaşınızın sizdən bir şeyi gizlətdiyindən şübhələnirsiniz?
Kişilərin duyğularını qadınlar kimi rahat ifadə edə
bilmədiyini bilirik. Duyğularını ifadə etmək yerinə səssiz qalmağa
üstünlük verirlər. Psixoloq Andra Broş isə kişilərin duyğularından
xəbərdar olmaq üçün hərəkətlərini izləməyin kifayət etdiyini deyir.
Tabloid.az xarici mətbuata istinadən kişilərin dilinə gətirə
bilmədiyi cümlələri təqdim edir:
1. Güclü və qəhrəman olduğumu hiss etməyə ehtiyacım
var.
Həyat yoldaşınız sizin onu gücsüz və bacarıqsız hesab etdiyini
düşənə bilər. Məsuliyyətin çoxunu öz üzərinizə götürmüş və ona söz
deməyə imkan vermirsinizsə, bunun baş verməsi təəccüblü deyil. Ona
öz məsuliyyətini dərk etməyə və öhdəsindən gəlməyə kömək
etməlisiniz.
2. Bəli, o qadına baxırdım!
Kişilərin beyni yeni şeyləri qadınlardan daha tez dərk edir.
Getdiyiniz məkanda sizdən daha gənc bir qadına baxması, onu sizdən
üstün tutduğunu göstərmir. Sizinlə evlənib, sizinlə yatır, sizinlə
əl-ələ tutur və sizi sevdiyini deyirsə, narahat olmağa heç bir əsas
yoxdur.
3. Hamısı mənə eyni cür görünür
Kişilərdən soruşduğunuz “Həyatım səncə, bu geyim mənə yaraşır?”
sualının cavabı düşündüyümüz qədər obyektiv deyil. Kişilər üçün
geyimdən çox onu hansı qadının geyindiyi daha əhəmiyyətlidir. Sizi
sevir və heyranlıqla baxırsa, üzərindəki geyim onlar üçün o qədər
də maraqlı deyil. Üstəlik, zövqünə güvəndiyi qadının nə
geyindiyinin heç bir fərqi yoxdur.
4. Sevişmək gözəldir, amma sekslə məşğul
olaq...
Kişilər sevdiyi qadına baxmaqdan, toxunmaqdan və onun birlikdə
olmaqdan hədsiz zövq alırlar. Onların seks istəyini və bundan
həyəcan keçirdiklərini də unutmayın.
5. Bəzi cinsəl fantaziyalarım var...
Hər bir kişinin bəzi fantaziyaları var. Bəzi kişilər onları
həyat yoldaşları ilə bölüşür, bəziləri isə qətiyyən demir. Bunun ən
böyük səbəblərindən biri utanmalarıdır. Həyat yoldaşınızın sizinlə
rahat olması üçün şərait yaratsanız və bu hissi ona aşılasanız,
istəklərini dilə gətirməsi asan olacaq.
6. Bəzən həqiqətən də səsini eşitmək
istəmirəm!
Bu, sizi sevmədiyi və sizə dözə bilmədiyi demək deyil. Kişilərin
çox danışan qadını xoşlamadığı və hərdən tək qalmaq arzusunu
anlayışla qarşılamalısınız. Belə anlarda küsmək yersizdir. Onu öz
düşüncələri ilə baş-başa buraxın...
7. Sakitlik üçün yalan dedim.
Kişilər həyat yoldaşlarının reaksiyasından qorxduğu üçün kiçik
yalanlar söyləyirlər. Yalanı pis niyyətlə deyil, qanqaraçılıq
olmaması üçün söyləyirlər. Hər şeyi tənqid edən və qışqırıb-bağıran
qadın tipi olsanız, bu yalanların artacağından əmin olun.
8. Özünə daha çox baxmalısan...
Baxımlı qadınla görüşmək hər kişinin xoşuna gəlir, həm də qürur
duyur. Hər nə qədər qısqanc olsa da, ətrafdakıların onun qadınına
heyranlıqla baxmasından qürur duyacaq. Sizə açıq şəkildə deməsə də,
hər zaman baxımlı olun.
9. Bütün çirkli işləri mən görmək istəmirəm!
Evlilikdə qadınların və kişilərin üzərinə düşən vəzifələri olur.
Ancaq o, sırf kişidir deyə, bütün işləri ona gördürmək düzgün
deyil. O sizə süfrəni təmizləməyə kömək etdiyi kimi, siz də ağır
işlərdə bacardığımız köməyi əsirgəməyin.
10. Maddi yükü çəkə bilmirəm...
Kişi olduğu üçün evi saxlamaq məcburiyyətində olduğunu hiss etdirməyin. Artıq qadınlar da həyat yoldaşına maddi yardım edir və karyera qururlar. Bir-birinə dəstək olub işləyirlər. Nə qədər qazandığının heç bir əhəmiyyəti yoxdur. Dəstək vermək üçün həvəs göstərmək bəs edir.
-
Sosial12:31
Kəmaləddin Heydərov onu yüksək vəzifəyə təyin etdi - FOTO
-
Maraq dünyası12:00
May ayının şanslı BÜRCLƏRİ
-
Hadisə11:18
"Oğlan subay olub, qız isə..." - Bakıda gənclər hamamda necə ölüb? - VİDEO
-
Dünya10:41
Rusiya hərəkətə keçdi: Bu ölkə qırıcıları havaya qaldırdı
-
Avropa10:15
Zelenskini öldürmək istəyən şəxs bu ölkədə saxlanıldı
-
MDB09:48
Moskvada motosikletçini öldürən Şahin Abbasovun mənzilindən görün nə qədər pul tapıldı - FOTO
-
Yaxın Şərq09:12
İsrail İranı vurdu: görün neft bahalaşaraq neçəyə oldu
-
Hadisə08:07
Qızı ilə Kürdə batan atanın meyiti TAPILDI