Nigar Camal doğum gününü belə qeyd etdi – Fotolar
Bizi izləyin

Tabloid.az

Nigar Camal doğum gününü belə qeyd etdi – Fotolar

Sentyabrın 7-də “Eurovision-2011” mahnı yarışmasının qalibi Nigar Camalın doğum günü idi.

Sentyabrın 7-də “Eurovision-2011” mahnı yarışmasının qalibi Nigar Camalın doğum günü idi.

Tabloid.az xəbər verir ki, müğənni 34 yaşını dostlarının əhatəsində qeyd edib. Doğum günündən çəkdirdiyi fotolarını “İnstagram” bloqunda yerləşdirən müğənni çox xoşbəxt olduğunu da yazıb. Sən demə, hazırda “X factor” yarışmasından dolayı İstanbulda olan Nigara dostları sürpriz ediblər.

Çox sevincli olan Nigar paylaşdığı şəkillərə ingilis dilində qeydlər yazıb. O, doğum gününün onun gözəl günü olduğunu bildirib. Ona edilən sürprizlərə görə dostlarına təşəkkrünü bildirib.

Qeyd edək ki, Nigar Camal 1980-ci il sentyabrın 7-də Bakıda doğulub.

1985-1986-cı illərdə şəhər uşaq ansamblında solist kimi çıxış edib. 1988-1996-cı illərdə “Pöhrə” respublika mahnı müsabiqəsində iştirak edib. 1996-cı ilin mayında sözügedən müsabiqənin fəxri diplomunu qazanıb. 1997-ci ildə Nizami rayonu, 201 saylı orta məktəbi bitirib. 1997-2001-ci illərdə Xəzər Universitetinin iqtisadiyyat və menecment fakültəsində təhsil alıb. “Planet Parni iz Baku”nun 2000-ci ildə keçirilən konsertində çıxış edib.

2005-ci iləd Şimali Kiprdən olan olan iş adamı Haluk Camalla ailə qurub. Bir neçə il Londonda yaşayıb. Jasmin və Səidə adlı iki qızı var. Hazırda müğənni həyat yoldaşından boşanıb.

O, 2011-ci ildə keçirilən “Eurovision” mahnı yarışmasında Eldar Qasımovla birgə ifa etdikləri “Running Scared” mahnısı ilə birincilik qazanıblar.

Nigar Camal R&B, soul və pop janrlarında musiqilər ifa edir.

Hazırda o, Türkiyədə yayımlanan “X factor” yarışmasında münsif üzvüdür.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm