Ətli qutab – Resept
Bizi izləyin

Tabloid.az

Ətli qutab – Resept

Tabloid.az yağda qızardılan ətli qutabın reseptini təqdim edir:

Tabloid.az yağda qızardılan ətli qutabın reseptini təqdim edir:

Xəmir üçün inqrediyentlər:

200 ml. su

0,5 çay qaşığı duz

0.5 çay qaşığı şəkər

1 xörək qaşığı araq

2.5 stəkan un

İçi:

350 qram soğanla qarışdırılmış ət, mal, qoyun və ya toyuq qiyməsi

duz, istiot, döyülmüş zirə

50-75 ml. su

bitki yağı

Hazırlanması:

Unu ələyin, üzərinə duz və şəkər səpin, araqla suyu qarışdırın, xəmir elastik olana qədər yoğurun. Lazım olarsa, un əlavə edə bilərsiniz. Yoğurduqdan sonra xəmirin üzərini örtün, 5-10 dəqiqə sonra təxminən 45 qram çəkidə kiçik kündələr düzəldin, üzərini örtüb 30-40 dəqiqə soyuducuda saxlayın.

Qiyməyə duz, ədviyyat, su vurub xəmir kimi yoğurun. Qiymə şirəli, nəmli və yumşaq olmalıdır. Daha sonra qiyməni də soyuducuya qoyun.

Dərin qazana və ya tavaya yağı tökün. Kündədən yuxa yayın. Qiyməni yuxanın bir tərəfinə yayın, digər tərəfi ilə isə üzərini bağlayın.

Qutab formasındakı xəmir ovuc içi ölçüsündə olmalıdır. Kənarlarındakı artıq xəmiri kəsin.

Qızdırılmış yağda hər iki tərəfini qızardın.

Hazır olanda onu salfetin üzərinə yığın ki, yağı kağıza hopsun.

Nuş olsun!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm