Köhnə çamadanlarla evinizdə vintaj tərzi yaradın - Fotolar
Bizi izləyin

Tabloid.az

Köhnə çamadanlarla evinizdə vintaj tərzi yaradın - Fotolar

Köhnə çamadanla evinizdə vintaj tərzi yaradın - Fotolar

Yaxşı təxəyyüllə malik insanlar köhnə şeyləri atmırlar. Və bir az səylə onlara ikinci həyatı verirlər. Bu çamadanlar kimi.

Bu ilin dekorasiya dəbində vintaj tərzinin xüsusi yeri var. Əgər siz də vintaj trəzi ilə yaxından maraqlanırsınızsa, bu yazı ürəyinizdən xəbər verəcək. Evinizdə vintaj abı-havası yaratmaq istəyirsinizsə, köhnə çamadanlardan yararlana bilərsiniz.

Çoxdandır işlətmədiyiniz və evin bir kənarına atdığınız köhnə əşyalara yeni həyat verə bilərsiniz. Köhnə çamadanların fotolarına baxanda onların həyatımızdan niyə çıxdığını, dəbdən düşməsinin səbəblərini başa düşə bilmirəm.

Çamadanlardan istifadə edərək vintaj stilində mebellər və dekorativ əşyalar düzəltmək olar. Köhnə çamadanlar daşımaq üçün çox da əlverişli olmaya bilər, amma aksessuar kimi şahanə görünür. Köhnə çamadanlardan hazırlanan oturacaqlar yaman dəbə minib. Çamadandan oturacaq hazırlamaq çox asandır, bunun üçün köhnə stulların ayaqların çamadana bərkitmək bəs edir. Ayaqları bərkitdikdən sonra onu boyamaq sizə qalır. Səliqəsiz qalıbsa, boyasanız, yaxşı olar.

Çamadanları üst-üstə yığaraq kamod kimi də istifadə etmək və içini doldurmaq olar.

Çamadanın içinə hazır yastıqlar qoyub balaca kresloya çevirmək çox asandır. Çamadanı rəfə çevirmək üçün mebel ustasına müraciət etməli olacaqsınız. Tabloid.az çamadanlardan hazırlanan dekorativ mebellərin fotolarını təqdim edir:

Oxumağa davam et
Reklam
Reklam

Gündəm