Cazibədar mələk dəvətə açıq-saçıq geyimdə gəldi – Fotolar
Bizi izləyin

Tabloid.az

Cazibədar mələk dəvətə açıq-saçıq geyimdə gəldi – Fotolar

Məşhur “Haarper's Bazaar” jurnalının ənənəvi “İkonalar partisi” bu il Nyu-Yorkda baş tutub

Məşhur “Haarper's Bazaar” jurnalının ənənəvi “İkonalar partisi” bu il Nyu-Yorkda baş tutub. Plaza oteldə keçirilən mərasimdə moda və əyləncə dünyasının ən məşhur simaları iştirak ediblər. Dəvətə gələn xanımlar öz aralarında şıqlıq yarışına giriblər.

Kendis Sveynpol, Kendall Cenner və Ledi Qaqa kimi məşhur qadınlar bir-birindən gözəl libasları ilə diqqət çəkiblər.

Ledi Qaqa saç kəsimi və hər zamankındən fərqli olaraq şıq görüntüsü ilə maraq doğurub.

Gecənin ulduzu isə şəffaf libası ilə göz qamaşdıran Alessandra Ambrosio oldu. Mərasimə nişanlısı Ceymi Mazur ilə gələn 33 yaşlı model seksuallığı və şıqlığı ilə hamını özünə heyran qoyub.

Tabloid.az “İkonalar partisi”ndən ən maraqlı fotoları təqdim edir:

Oxumağa davam et
Reklam
Reklam

Gündəm