İnqridin Bakı konsertindən – Fotolar
Bizi izləyin

Tabloid.az

İnqridin Bakı konsertindən – Fotolar

“Qarayanız azərbaycanlı kişiyə ərə getmək istəyirəm”

Tanınmış italyan müğənnisi İnqrid Alberini Bakıda jurnalistlərlə görüşüb.

Tabloid.az xəbər verir ki, Bakıda polo üzrə II Dünya kuboku çərçivəsində keçiriləcək konsertdə səhnəyə çıxan müğənni konfrans zamanı Azərbaycanla bağlı təəssüratlarını ifadə edib. Səmimiliyi ilə seçilən sənətçi bildirib ki, bu, onun Azərbaycana ikinci səfəridir:

“İstiqanlı azərbaycanlı kişilərinin arasındayam. Bakıya gələndə çox rahat oluram. Bura darıxdırıcı deyil”.

İnqrid əvvəlki səfərlərində xalq artisti Aygün Kazımova ilə eyni səhnəni bölüşməsini də diqqətə çatdırıb. O, A.Kazımovanın ifasını bəyəndiyini söyləyib. Konfrans zamanı müğənni pişiklərindən də danışıb. İnqridin 16 pişiyi var və səfərlərdə olanda onları anası saxlayır.

İnqrid “Ukraynanın səsi” müsabiqəsinin iştirakçısı, 19 yaşlı Vaqif Nağıyevlə birgə oxuyacağı duetdən də danışıb. Bildirib ki, “Ümid yağışı” adlı mahnını çox bəyənib:

“Mahnını çox bəyəndim. Mən mahnını Azərbaycan dilində oxumuşam. “Ümid yağışı”nı gələcəkdə çıxarılacaq alboma daxil edəcəyəm.

Vaqifə gəlincə, yaşı az olsa da, onu bəyənirəm. Yaşı çox olsaydı, ona ərə gedərdim. Ümumiyyətlə, niyə də qarayanız azərbaycanlı kişisi ilə ailə qurmayım ki?!”.

Yeri gəlmişkən, adıçəkilən mahnının sözləri Alxanlıya, musiqisi Gövhər Həsənzadəyə, aranjemanı isə Yaşar Baxışa məxsusdur.

Qeyd edək ki, İnqrid Vaqif Nağıyevlə birgə səhnəyə sentyabrın 6-da çıxıb. O, repertuarında yer alan hit mahnılarla yanaşı, yeni ifalarını da səsləndirib. Onun Azərbaycan dilində oxuduğu mahnı da yaddaqalan olub. Onu səhnədə “I Love İtaly” qrupu müşayiət edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm