Mövsümün makiyaj trendləri
Bizi izləyin

Tabloid.az

Mövsümün makiyaj trendləri

Mövsümün makiyaj tredni

Payız-qış kolleksiyalarının dəfilələrində gördüyümüz makiyaj trendləri yayın bitməsi üçün səbirsizlənməyə səbəb olur. Tabloid.az payızın əsas makiyaj trendlərini təqdim edir.

Bu yaya yaxşı günəş qoruyucusu və gözəl saç rəngi ilə girdik. Günəş və xlordan açılan boyalar saçın rəngini yaşıla və narıncıya çevirməyə çalışsa da, biz saçları qorumağın müxtəlif yollarını tapmağa nail olurduq.

Makiyaja gəldikdə isə çimərliyə gedərkən hər nə qədər makiyaj etmək gülməli görünsə də, bəzi xanımlar suya davamlı layner və tuş tapmaq üçün əlindən gələni etdi. İstidən əriyən pomadaları isə möcüzəli dodaq kremləri ilə əvəz etdik. Günəşin qaraltdığı təbii dərini isə çəhrayı ənlik və bronz kirşan ilə tamamladıq. İndi isə keçək payız makiyajına...

Payızda havalar soyumağa doğru getdiyi üçün yay makiyajından çox fərqlənir.

Qırmızı dodaq balzamı (lip stain): Bu balzam dodaqlarda yoxmuş kimi və təbii görünür. Payız dəfilələrində modellərin dodaqlarındakı yüngül qırmızılıq təbii makiyajın bu mövsüm də aktual olacağından xəbər verir.

Daranmış qaşlar: Makiyaj edərkən qaşlara da forma verməyi, onların qayğısına qalmağı unutmayın. Qaşlarınız nazikdirsə, qaş qələmi ilə içini doldurun. Daha sonra qaş fırçası ilə yuxarıya doğru darayın. Bu trend payız mövsümünün əsas trendidir.

Parıltılı alt göz qələmi: Parıltılı göz qələmləri 90-cı illərin bəzi makiyaj trendləri ilə geri qayıdır. Gündüz makiyajında açıq rəngli parıltılı göz qələmlərindən, axşamlar isə daha tünd çalarlarından istifadə edə bilərsiniz. Bu qələmlər alt kirpiklərin içinə çəkilir. Gözləri daha cəzbedici edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm