Qışın soyuğundan qorunarkən şıq görünün! - Fotolar
Bizi izləyin

Tabloid.az

Qışın soyuğundan qorunarkən şıq görünün! - Fotolar

Qış aylarının ən trend şal və şərfləri

Payız və qış mövsümündə geyimi tamamlayan ən yaxşı aksessuarlardan biri də şallardır. Sizi həm soyuqdan qoruyan, həm də stilinizə rəng qatan şallar 2014-2015 payız-qış mövsümündə də olduqca populyar olacaq. Bu il şalların təkcə rəng və naxışları deyil, eyni zamanda bağlanma formaları da qeyr-adiliyi ilə diqqət çəkir.

Tabloid.az Sizlər üçün mövsümün ən dəbli şal modellərini araşdırıb.Yeni və şıq şallar klassik modelləri kölgədə qoyur.Böyük, enli şal və şərflər geyimindəki detalları vurğulayır.

“Christian Dior” və “Prabal Gurung” kimi məşhur brendlər kolleksiyalarında böyük şal modellərinə üstünlük verirlər.

“Rodarte” və “Undercover” kimi brendlər isə şal və şərflərə şıq aksessuar kimi yox, soyuqdan qoruyan geyim kimi yanaşıblar.

“Rodarte” dəfiləsində üzəri pulcuqlarla bəzənmiş böyük şallar, “Under cover” dəfiləsində isə qeyri-adi modellər diqqət çəkir.

Bu ilin ən trend şallarını isə “Burberry Prorsum” brendi təqdim edib.

“Burberry” və “Chanel” kolleksiyalarında bu günə kimi görmədiyimiz şal modelləri yer alır. Bu şalları bədənə bürüyüb kiçik bir kəmərlə bağlamaq lazımdır.

“Burberry” brendinin şalları havaların isti olmasına baxmayaraq, indidən bir çox məşhurun qarderobunda yer alıb.

“Anja Gockel” və “Lanvin” isə şal trendini lüks detallarla yaxalamağa çalışır. Belə görünür ki, kürklü şərflər və şallar qadınların ürəyini fəth edəcək.

Bu modelləri şıq libaslar və kostyumlarla istifadə etmək mümkündür.

Kəmər əvəzinə belə bağlanan şərflər stilinizə seksuallıq əlavə edəcək. Kəmər və şərfi eyni vaxtda da istifadə edə bilərsiniz. Geyiminizə uyğun rəngdə şərf seçməyə diqqət edin.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm