Tabloid.az
Cenifer Lopezin əsl yaşını ancaq pasportu bilir
Onun yaşını ancaq pasportu bilir
Yaxınlarda 45 yaşı tamam olan pop ulduz Cenifer Lopezə bu yaşı qətiyyən vermək olmaz. O, maksimum 30 yaşında görünür, gündən-günə cavanlaşır. Tabloid səhifələri bu təravəti özündən 18 yaş balaca sevgilisi ilə əlaqələndirirlər. Bəs 45 yaşlı belə gənc və cazibədar görünmək üçün nə edir? Hansı üsullara əl atır? Tabloid.az Ceylonun gözəllik sirlərini təqdim edir:
Dərisinə quluq göstərir. Ulduzun gözəlliyinin tamamlayan ən önəmli detallardan biri də heç şübhəsiz, qüsursuz və hamar dərisidir. Həmişə baxımlı görünən Lopez dərisini qoruyur və təbii maskalardan bəhrələnir.
Ceniferin sevimli maskasının resepti belədir: 1 çay qaşığı təmiz, təbii qatığa 2 çay qaşığı bal və yarım çay qaşığı yeni dəmlənmiş yaşıl çay qatıb yaxşıca qarışdırın. Maskanın qatı olması üçün kosmetik gil və ya yulaf əlavə etmək olar. Maskanı üzə, boyuna və dekolte hissəyə çəkib 15-20 dəq. saxlayıb soyuq su ilə yuyun. Super nəticə əldə etmək üçün bu proseduranı həftədə 3-4 dəfə təkrar etmək kifayətdir.
Ceylo günü-gündən gözəlləşir. Bu məsələdə isə ona düzgün makiyaj texnikası kömək edir. Düzgün saç düzümü və geyim onu olduğundan gənc göstərir. Ulduz bu illər ərzində gözəlliyini üzə çıxarmağı öyrənib.
Kim onun milyonlarla dollara sığortalanmış qəşəng yeri haqqında eşitməyib ki?! Amma ideal insanlar mövcud deyil. Belə ki, Ceylo da döşlərinə əl gəzdirib.
Məşhur müğənni Cenifer Lopez iştirak etdiyi bütün dəvətlərdə gözəlliyi ilə göz qamaşdırır. Lopez formasını nizamlı idmana və rəqsə borclu olduğunu söyləyir. Seksual ulduz saat 19.00-dan sonra aclıqdan ölsə belə yemək yemir və gündə 2.5 litr su içir. Dəri gözəlliyini isə yuxarıdakı maska ilə qoruyur.
Rəqs ilə ideal bədən
Dünyanın ən yaxşı ifaçılarından olan Cenifer Lopez illərdir ki, ideal bədən quruluşunu rəqs sayəsində əldə edir. Əkiz övladları olmasına baxmayaraq, 45 yaşlı müğənni çox enerjilidir. Səhnədə həm rəqs edir, həm də mahnı oxuyur. Enerjisini tamaşaçılara da ötürən ulduz kliplərində də ciddi rəqs performansları sərgiləyir.
Rəqs azmış kimi, idmanla da məşğul olur
Bədəni ilə diqqət çəkən tanınmış qadınlar arasında Cenifer Lopez də var. Bu adını qorumaq üçün o, təkcə rəqslərə güvənmir, idmanla da məşğul olur. Bütün əzələləri hərəkətə gətirən məşqləri yerinə yetirir.
Ayaq əzələləri
Ceniferin məşğul olduğu digər idman növü kürək çəkməkdir. Kürək çəkmək çox ritmik və ani hərəkətlər tələb etdiyi üçün ulduzun oynaqlarına böyük ağırlıq düşmür.
Kürəkdən başqa, güc tələb edən məşqlərini də edir. Bunların arasında squatlar, lunges deyilən diz çökməyə bənzəyən məşqlər, bud və bel çevrəsindəki əzələləri gücləndirib sıxlaşdırır.
Yoqa ilə rahatlıq tapır
Bütün bunlardan başqa yoqa ilə məşğul olur. Həm zehnini, həm də bədənini rahatlatmaq məqsədilə planlarına yoqanı da əlavə edib.
Bir qoluna bir neçə qarpız yerləşdirməyi bacaran Cenifer Lopez gərgin temposuna necə ayaq uydurur?
44 yaşında olmasına baxmayaraq həyatında bir çox uğura imza atıb. Cennifer Lopez rəqqas, aktrisa, modelyer, hətta kosmetika kraliçasıdır. “16 yaşında evimizin yanında saxta parfüm mağazasında işləyirdim. Ətirləri də oradan tanıyıram. “Live Jennifer Lopez” ətrini yaradarkən ancaq 3 özəllik istədim: bir körpə qoxusu, dadından doya bilmədiyim limonlu keks və qırmızı fransız üzümü, qoxulu şam…”
Anasının tövsiyələri
“Anam nəmləndirici çəkmədən yatmazdı. Mən isə 200 dollara satılan Crème de La Mer nəmləndiricisini işlədirəm.
İşlədiyim vaxtlarda makiyaj etmirəm. Hamam kosmetik məhsullarına xüsusi marağım var. Hamam, sauna keyfinə vurğunam. Stressdən azad olmaq üçün tək çıxış yolu yaxşı duş qəbul etməkdir. Alkoqol və siqaret maraq dairəmə daxil deyil. Tək lüksum hamamdır.
Saç tellərim nazik olduğu üçün nəmləndirici vasitələrə ehtiyacım var. Rəngini tez-tez dəyişdiyim üçün mütəmadi olaraq qulluq göstərməliyəm.
Dərimin ən yaxşı dərmanı yuxudur. Möhkəm yuxudan qiymətli heç nə yoxdur. Bir də çoxlu su içmək… Dermatoloqumun tövsiyə etdiyi təmizləyicidən sonra günəşdən qoruyucu krem çəkirəm. Mütəmadi olaraq kosmetoloqa müraciət edirəm. Təbii ki, bunun da böyük faydası var.
Təhlükəli olduğunu bilsəm belə, günəş vannasını çox xoşlayıram.
Özüm heç bir əməliyyat etdirməmişəm. 50 yaşından sonra insanlara nə olur bilmirəm. Üzünü, bədənini yenidən kəsdirib biçdirənlərin məncə, psixoloji problemləri var.
Pəhriz saxlamıram, idmanla məşğul olduğum üçün hər istədiyimi yeyə bilirəm. Tərəvəz faydalı olsa da, xoşlamıram.
Ətrafımdakılar əksini iddia etsə də, qarnım əvvəlki kimi düz deyil. Amma bütün həyatım boyu atletik bədənim olub!”
-
Kriminal16:40
Azərbaycanda yutuber həbs edildi - Şantajla məşğul imiş
-
Sosial16:22
Müavinət və təqaüd alanların nəzərinə!
-
Art15:55
Dəhşətli terrorda həlak oldu, "Təhminə və Zaur" üçün yazdığı... - Xalq artistinin acı həyat hekayəsi
-
Dəb15:16
Əməkdar artist italyan stili ilə diqqət mərkəzində - FOTO
-
Kriminal14:40
7 yaşlı uşağı öldürən məşqçiyə hökm oxundu
-
Sosial14:05
Gələn ilin pensiya artımları nə vaxt bəlli olacaq? - Komitə sədri açıqladı
-
Qoroskop13:26
Aprelin bəxtəvər 3 bürcü - Şans ayaqlarına gələcək
-
Dünya12:50
Yəhudilər Netanyahunu devirməlidir, yoxsa... - Sensasion açıqlama