Cinsi həzzi artıran qidalar
Bizi izləyin

Tabloid.az

Cinsi həzzi artıran qidalar

Qədim zamanlardan bəri cinsi həyatda aktiv olmaq, performansı və cinsi istəyi artırmaq üçün qidaların möcüzəvi gücündən istifadə olunur

Qədim zamanlardan bəri cinsi həyatda aktiv olmaq, performansı və cinsi istəyi artırmaq üçün qidaların möcüzəvi gücündən istifadə olunur. Bu məqsədlə istifadə edilən qidalar bir çox dərman vasitələrindən daha təsirlidir. Bəs həmin qidalar hansılardır? Tabloid.az həmin qidalar haqqında maraqlı məlumatı təqdim edir:

Şokolad

Şokolad ehtirası artırır. Yataqda performansın daha yaxşı olması üçün gündə 20 qram şokolad yemək vacibdir.

Qarpız

Əksəriyyət düşünür ki, təkcə yağlı və ədviyyatlı yeməklər cinsi gücü artırmağa qadirdir. Ancaq bir çox meyvə və tərəvəzlər qədimdən bəri bu məqsədlər üçün istifadə olunur. ABŞ-da aparılan araşdırmaya görə, qarpızın tərkibindəki amin turşuları qan damarlarını genişləndirir. Bu da cinsi fəaliyyətə müsbət təsir edir. Qarpız həm də cinsi istəyi artırır.

Çovdar çörəyi

Testosteron hormonunun istehsalı üçün vacib olan sink mineralların bədəndə mühafizə edilməsində vacib rol oynayır. Mütəxəssislər gündə 3 dilim çovdar çörəyi yeməyi məsləhət görürlər.

Gül kələm

İçindəki kimyəvi maddələr qadının estrogen hormonunun səviyyəsini yüksəldir. Gündə bir ədəd gül kələm yemək xüsusilə cinsi əlaqədən zövq ala bilməyən xanımlar üçün əsl dərman effekti göstərəcək.

Kahı

Araşdırmalar göstərir ki, A vitamini çatışmazlığı kişilərdə cinsi orqanın kiçik olması ilə nəticələnir. Bir çox insan bunu özünə kompleks edir və cinsi həyat onları heç qane etmir. Kahı A vitamini ilə bol olduğu üçün davamlı olaraq hər gün bu tərəvəzdən yemək bu problemin aradan qalxmasına kömək edə bilər.

Makaron

Yataqda tez yorulmamaq və partnyoru məmnun etmək üçün gündə 140 qram makaron yemək məsləhət görülür.

Qırmızı istiot

Seksin daha uzun müddət davam etməsi və orqazm hiss etmək istəyirsinizsə, menyunuzdan qırmızı istiotu əksik etməyin. Bu tərəvəz qan dövranını sürətləndiri və cinsi orqanları prostat kimi xəstəliklərdən qoruyur.

Şirin kartof

Mütəxəsislər cinsi istəyi artıran bu tərəvəzdən gündə bir ədəd yeməyi tövsiyə edirlər.

Arpacıq soğan

Kişinin orqazm müddətini artırır. Həmçinin cinsi istəyin artmasına kömək edir.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm