Günay Musayeva: “Bizi boşandırıblar…”
Bizi izləyin

Tabloid.az

Günay Musayeva: “Bizi boşandırıblar…”

Türkiyədə yaşayıb, yaradıcılıqla məşğul olan azərbaycanlı model Günay Musayevdan xəbər var.

Türkiyədə yaşayıb, yaradıcılıqla məşğul olan azərbaycanlı model Günay Musayevdan xəbər var.

Tabloid.az xəbər verir ki, Günay bu yaxınlarda Türkiyənin ATV telekanalında efirə gedəcək “Beyaz Karanfil” serialında Dərya obrazını canlandıracaq. Uzun zamandır aktyorluq dərsləri alan model serialda narkotik baronu Burhan Korkmazın (Ali Sürmeli) asistenti və sevgilisi rolunda olacaq. “Kurtlar Vadisi”nin yaradıcılarından Bahadır Özdener və Cüneyt Aysanın müəllifi olduqları serial sentyabrın sonu efirə veriləcək.

Bundan başqa, Günay gənc dizaynerlərə dəstək olmaq məqsədi ilə təşkil edilən “MESİAD 2014 - Moda və Tekstil Dizayn” defilesinə qatılıb. “Merter Fashion Week”də Günayla yanaşı, Çağla Şikel, Özge Ulusoy kimi məşhurlar da podiuma çıxıblar.

Model bu yaxınlarda mediada boşanması ilə bağlı yayılan xəbərlərin əsassız olduğunu bildirib:

“Bunlar hamısı şayiədir. Bizi dəfələrlə boşandırıblar... Amma Tolqa ilə biz biz-birimizi sevirik. Ümumiyyətlə, boşanmaq niyyətimiz yoxdur”.

Qeyd edək ki, Günay Musayeva 2011-ci ildə türkiyəli aktyor Tolqa Karellə ailə qurub. Cütlüyün Cihangir Can adında oğlu var.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm