Qalın baldırları incəltməyin ən effektli yolları
Bizi izləyin

Tabloid.az

Qalın baldırları incəltməyin ən effektli yolları

Qalın baldırları incəltməyin ən effektli yolları

Təəssüf ki, təbiət hər kəsə nazik və uzun ayaqlar bəxş etmir. Qalın baldırlar bir çox qadının kabusudur. Qalın budları olan qadınlar təkcə qısa şort geyinməyə həsrət qalmır, qalın budlar digər geyimlərin seçimində çətinlik yaradır.

Tabloid.az qalın budları olan xanımlar üçün onları əritməyin yollarını araşdırıb. Aşağıdakı məsləhətləri sizi bu dərddən azad edəcək.

Qalın budlardan xilas olmaq üçün ilk olaraq problemin nədən qaynaqlandığını bilməlisiniz.

Damarların varikoz genişlənməsindən dolayı ayaqlar şişmiş ola bilər. Yumşaq toxumalar ayaqlara narahatlıq və ağrı verir. Bəzi hallarda varikoz damar genişlənməsi bəlli xəstəliklərə səbəb olur.

Doğuşdan əvvəl hiperstenik quruluş budların qalınlaşmasına səbəb ola bilər. İri sümüklü bədən də bu quruluşun yaranmasına səbəb olur.

Pəhriz saxlayan qadınlar həmin bölgələrdəki piylərin ərimədiyindən şikayət edirlər.

Güclü və həddindən artıq əzələli ayaqlar da baldırların qalınlaşmasına səbəb olur. Bu hal adətən idmanla ciddi şəkildə məşğul olan qadınlarda rast gəlinir.

Baldırların normadan qalın olmasının digər bir səbəbi də həddindən ziyadə yük və fikizi hərəkətlərə köklənməsidir.

Həddindən artıq zülal qəbul etmək də bu problemə yol aça bilər. Bu baxımdan gündəlik zülal qəbulunu nizama salmaq lazımdır.

Baldırları asanlıqla əritmənin maraqlı yollarından biri “Body Warp” deyilən incəldici sarğılardır. Bu metodu təkcə gözəllik mərkəzlərində deyil, təbii bitkilər və kremlərlə evdə də yerinə yetirə bilərsiniz. Lakin ayaqlara incəldici sarğılar bağlamaqla iş bitmir, yediklərimizə də diqqət yetirməlisiniz.

Bundan başqa, hər gün etdiyimiz məşq növü olmalıdır. Baldırlarınızı həqiqətən də əridib cazibədar ayaqlara sahib olmaq istəyirsinisə, bu məşqləri mütəmadi olaraq yerinə yetirməlisiniz. Ancaq bu halda qısa zaman ərzində aradakı fərqi görmək qismət olar.

Həmçinin ayaqlara müxtəlif masajlar edərək də yığılan yağlardan xilas ola bilərsiniz. Masaj edən zaman yağları və selülliti yandıran gellərdən istifadənin də böyük faydası var. Masajdan sonra ya soyuq duş qəbul etmək, ya da soyuq su ilə möhkəm silinmək lazımdır.

Qalın budlardan şikayət edən xanımlar arıqlamaq istəyən xanımlardan fərqli olaraq, pilləkəndən deyil, liftdən daha çox istifadə etməlidir. Çünki o bölgədə əzələ yaranmasına gətirib çıxara bilər. Bu cür hərəkətləri minimuma endirməlisiniz.

Qalın baldırları əridən ən məşhur məşqlərdən biri də məşhur “Pile Squat” hərəkətidir. Bu məşq peşəkar balerinalar arasında geniş yayılıb. Bu məşqi yerinə yetirmək üçün ayaqlar çiyinlərlə eyni bərabərlikdə olmalıdır. Dizləri əyən zaman budlara ağırlıq verməyi unutmayın. 20 normal squat etdikdən sonra ağırlığı bütün ayağınıza verin və barmaq uclarında yuxarı qalxaraq bu hərəkəti, daha 20 dəfə etməlisiniz.

Lunge hərəkətinin bir çox növünü edə bilərsiniz. Ayaqları çiyin böyüklüyündə açın və bir addım irəli atın. Arxadan qalan ayağı yerindən tərpətməyin. Ön ayağınızla diz çökərək 90 dərəcə yaradın. Arxada qalan ayağın dizi yerə təmas etməməlidir. Topuğunuz da havada qalmalıdır. Bu şəkildə addımlayaraq yuxarı qalxıb çömbəlin. Bu hərəkəti ayaqları dəyişdirərək yerinə yetirmək düzgün olardı.

Budların kökəlməsinin qarşısını almaq, ya da budların arıqlaması üçün gimnastikadan başqa masaj və duşdan da istifadə edirlər. Əvvəl budları barmaqlarla ovuşdurur, sonra bərk döyəcləyirlər. Bu məqsədlə oxlovdan da istifadə etmək olar. Budları 2-3 dəqiqə ərzində oxlovlamaq lazımdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm