• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Kişinin burnu böyükdürsə…

Kişinin burnu böyükdürsə…

Seks haqqında məlumatlar çox vaxt insanda yanlış təəssürat yaradır. İnsanların çoxu bu haqda kitablar oxumaqdan bu və ya digər səbəbdən çəkinirlər. Nəticədə isə ətrafdan, dost-tanışdan eşitdiklərini doğru qəbul edirlər. Ancaq əgər əldə etdiyiniz məlumatlar yanlışdırsa, gələcəkdə cinsi həyatınızda bir çox problemlərlə üzləşmək riskiniz böyükdür.

Evli olmasına baxmayaraq, sevişməkdən çəkinən, seksdən zövq almayan, kompleksləri olan insanların sayı kifayət qədərdir. Unutmaq olmaz ki, seks də digər təbii ehtiyaclar kimidir. Necə ki, ac adam sağlam və xoşbəxt ola bilmir, eynilə yataqda tətmin olunmayan insan da özünü bədbəxt hiss edir.

Bunu nəzərə alan dünyaca məşhur həkimlər Dr. Eyron Karol ilə Dr. Raşel Vrimen sekslə bağlı qulaqdan-qulağa yayılan və doğru olduğuna inanılan bir çox yanlış məlumatı bir kitabda toplayıblar. Tabloid.az həkimlərin "Dont Put That in There! And 69 Other Sex Myths Kebunked" adlı kitablarında yer alan ən maraqlı 8 məlumatı sizinlə bölüşür:

Aybaşı vaxtı hamilə qalmaq mümkün deyil

Bəzi cütlüklər bu məlumatı doğru qəbul edirlər. Nəticədə qadın aybaşı olanda cinsi əlaqə zamanı partnyoru qorunmur. Bu isə istənilməyən hamiləliklə nəticələnə bilir. Əslində aybaşı zamanı da qadın hamilə qala bilər. Çünki spermalar uşaqlıqda günlərlə yaşaya bilir.

Seks infarkta səbəb olur

Yaşlı insanların sekslə məşğul olarkən yataqda infarkt keçirdiyini çoxumuz eşitmişik.

Karol ilə Vrimenin araşdırmaları göstərir ki, siqaret çəkməyən və şəkər xəstəsi olmayanların seks zamanı infarkt keçirməsi ehtimalı milyonda birdir. Həkimlər seksin hətta ürək və damar xəstəlikləri üçün yararlı olduğunu bildirirlər. Həftədə 2-3 dəfə cinsi əlaqəyə girən insanların bu xəstəliklərə yaxalanma riski azalır.

Evli insanlar masturbasiya ilə məşğul olmurlar

Bu da tamamilə yanlış fikirdir. Axı hər evli insanın seks həyatı mükəmməl olmur. Hətta araşdırmalar göstərir ki, evli insanlar subaylardan daha çox masturbasiya ilə məşğul olurlar. Araşdırma həm də masturbasiyaya qadınların kişilərdən daha çox vaxt ayırdığını göstərir.

İllər keçdikcə daha az həzz alırıq

Belə bir fikir var ki, kişilər 20-30, qadınlar isə 30-40 yaşları arasında daha ehtiraslı olurlar. Əslində isə bu uydurmadır. Kişilərin də, qadınların da seksdən zövq alması özlərinə bağlıdır. Əgər özlərinə yaxşı baxsalar və seksdən həzz almağı qarşıya məqsəd qoysalar hər yaşda istədiklərini əldə edə bilərlər. Həzz sadəcə yaşla əlaqəli deyil.

Kişilər qadınlardan çox xəyanət edir

Bu da səhv fikirdir. Qadın və ya kişi özünü xoşbəxt hiss etmirsə, xəyanətə meyilli olur. Dünyada xəyanətə uğramış kişilər kifayət qədərdir.

Corabı çıxarmadan sekslə məşğul olmaq iyrəncdir

Bu sizə iyrənc gələ bilər. Ancaq araşdırmalar əksini göstərir. Məlum olub ki, corablarını çıxarmadan və ya tam soyunmadan sekslə məşğul olan cütlüklər orqazm zamanı daha çox zövq alırlar.

Qadınlar seks istəmir

İllərdir seksin sadəcə kişinin ehtiyacı olduğu insanların beyninə yeridilir. Ancaq bu, çox axmaq fikirdir. Seks iki insanın birləşməsi deməkdir. Tərəflərdən ikisi də bunu istəməlidir. Əgər bir tərəf istəmirsə, bunu seks yox, ancaq təcavüz adlandırmaq olar. Qadınlar da sevişməkdən və sekslə məşğul olmaqdan zövq alırlar. Həmçinin onlar partnyorlarına seks istəklərini müəyyən işarələrlə başa salmağa çalışırlar. Ancaq kişilər çox vaxt bu işarələri başa düşmürlər.

Əllər, burun və ayaqlar böyükdürsə…

Belə bir fikir var ki, kişinin əlləri, ayaqları böyükdürsə və ya burnu uzundursa, deməli cinsiyyət orqanı da böyükdür. Bu da çox yanlış fikirdir. Araşdırmalar bu orqanlarla cinsiyyət üzvləri arasında heç bir əlaqənin olmadığını göstərir. Mütəxəsislər onu da bildirirlər ki, cinsiyyət orqanının böyüklüyü heç də həmin kişinin yataqda möhtəşəm olduğunu sübut etmir.

Tabloid.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR