İradəni topa tutdular: 91 etirazçı
Bizi izləyin

Tabloid.az

İradəni topa tutdular: 91 etirazçı

Müğənni İradə İbrahimovanın sosial şəbəkədə paylaşdığı fikirlər onu izləyənlərin böyük narazılığına səbəb olub. Qız anası olan İradə xanım qız övladının üstünlüyü vurğulamaq üçün belə fikir paylaşıb:

Müğənni İradə İbrahimovanın sosial şəbəkədə paylaşdığı fikirlər onu izləyənlərin böyük narazılığına səbəb olub. Qız anası olan İradə xanım qız övladının üstünlüyü vurğulamaq üçün belə fikir paylaşıb:

“İki qızın varsa, sığortalısan, heç vaxt ortada qalmazsan. Bir qızın, bir oğlun yenə ortada qalmazsan. Dönər dolaşar, yenə qızın baxar. İki oğlun varsa yaşlanarsan. Dövlət baxarsa baxar, baxmazsa ortada qalarsan”

Müğənni xanımın bu fikrinə 91 şərh yazılıb. Əksəriyyəti oğul anaları olan qadınlar İradə İbrahimovanı qınayıblar, övlada cinsiyyətinə görə deyil, xasiyyətinə görə qiymət verməyin zəruriliyini vurğulayıblar.

Deyəsən, İradə xanım bu müzakirələrin çox davam etməsindən narahat olub ki, bu fikri zarafatla paylaşdığını qeyd edib:

“Canım bunlar boş şeylərdir, mən bunu gülmək üçün paylaşdım. Amma hamı ciddiyə aldı. Balalarınızı çoxlu öpün. Allah xeyirli övlad versin!”

Oxumağa davam et
Reklam
Reklam

Gündəm