Ombre dodaqlarla hamını özünüzə heyran qoyun! - Fotolar
Bizi izləyin

Tabloid.az

Ombre dodaqlarla hamını özünüzə heyran qoyun! - Fotolar

Payızın makiyaj trendlərindən biri də ombre dodaqlardır. Bəs qadınlara xüsusi cazibədarlıq bəxş edən ombre dodaq makiyajını necə etmək lazımdır?

Payızın makiyaj trendlərindən biri də ombre dodaqlardır. Bəs qadınlara xüsusi cazibədarlıq bəxş edən ombre dodaq makiyajını necə etmək lazımdır?

1.Əvəllcə dodaqlarınıza şəkər tozu və balı qarışdıraraq pilinq edin. Bu dodağı ölü hüceyrələrdən təmizləyərək dodaq boyasının daha yaxşı qalmasına kömək edəcək.

2. Dodaqları nəmləndirmək üçün rəngsiz dodaq nəmləndiricisi çəkin.

3. Hansı rəng dodaq boyası çəkcəyinizə qərar verin və həmin rəngdən 2 ton tünd olan qələmlə dodaqları haşiyəyə alın. Məsələn, əgər dodaq boyanız çəhrayı rəngdədirsə, dodaq qələmi tünd çəhrayı olmalıdır. Dodaq boyasını qırmızı rəngdə seçmisinizsə, onda zoğalı rəngli dodaq qələmindən istifadə etməlisiniz.

4.Dodaq qələminizdən bir ton açıq olan dodaq boyası ilə dodağın iç tərəfləri istisna olmaqla boyayın.

5. Bu dəfə də daha açıq rəngdə olan dodaq boyasını dodaqların iç tərəfinə çəkin.

6. Dodaqlarınızı sıxın və 20 saniyə bu vəziyyətdə qalın.

7. Əgər dodaqlarda parıltını sevirsinizsə, sonda dodaqlarınıza rəngsiz parıldadıcı çəkə bilərsiniz.

Dodaqlarınızı bu şəkildə boyadığınız zaman göz makiyajının sadə olmasına diqqət edin.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm