• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Oksana “Facebook” izləyicilərinə müraciət etdi - Fotolar

Oksana “Facebook” izləyicilərinə müraciət etdi - Fotolar

Oksana Rəsulova məşhur “İndias Best Cine Star Ki Khoj” adlı müsabiqədə iştirakını uğurla davam etdirir.

Tabloid.az xəbər verir ki, rəqqasə SMS səsverməsi nəticəsində növbəti mərhələyə keçib. Hər zaman olduğu kimi bu dəfə də o, çıxışı ilə münsiflər heyətini və tamaşaçıları heyran qoyub.

O.Rəsulova yarışma zamanı ona səs göndərənlərə təşəkkür etməyi də unutmayıb. Bu haqda “Facebook” profilində yazan rəqqasə növbəti mərhələlərdəki çıxışında sürprizlər vəd edib:

“Canlarım mənim, izləyicilərm! Çox sağ olun ki, varsınız! Mənə yazdığınız hər bir şərhi diqqətlə oxuyuram, amma təəssüf ki, hamınıza ayrı-ayrılıqda cavab yaza bilmirəm. Diqqətinizə görə, çox sağ olun. Allah sizdən razı olsun! Azərbaycanlı olduğum üçün şadam! Dostlar, gələn həftə şənbə və bazar günləri şouya mütləq baxın. Çünki mənim ürəyimcə olan bir səhnə olacaq. Sürprizdir, görəcəksiniz!”

Qeyd deyək ki, Oksana Rəsulovanın qatıldığı şou Hindistanın ən məşhur kanalı olan “ZEE TV”-də hər həftənin şənbə və bazar günü Bakı vaxtı ilə saat 20.30-da yayımlanır.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR