• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Hamilələr ürək bulanma zamanı bunu yesinlər!

Hamilələr ürək bulanma zamanı bunu yesinlər!

Ən dadlı və şəfalı meyvələrdən biri də armuddur. Armudun faydalarını saymaqla qurtaran deyil. Bu meyvə böyrək funksiyalarını yaxşılaşdırır. Həzm sisteminə böyük faydası olan armud sidiyi çoxaldaraq böyrəkdə yığılan qumların xaric olmasına kömək edir.

Tabloid.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, armud həzmi sürətləndirir və qəbizliyə qarşı da faydalıdır. Bir çox problemi həll edən armud təbii dərman effekti göstərir. Köp qovucudur, bağırsaqlar üçün faydalıdır. Qanı təmizləyir, yüksək təzyiqin aşağı salınmasına kömək edir.

Revmatizmdən əziyyət çəkənlər və oynaq ağrılarından şikayətçi olanlar gündə bir ədəd armud yeməlidirlər.

Armud hamilələr üçün ən faydalı qidadır. Ananın və körpənin sağlamlığına nüsbət təsir edir. Hamiləlik dövründə yaranan ürək bulanması və qusmanı azaldır, ağız quruluğunu aradan qaldırır. Ondan qızdırmanı aşağı salmaq üçün də istifadə edilir. Tərkibindəki A, B1, B2, B3, B6 və C vitaminləri sayəsində soyuqdəymə, qrip kimi xəstəliklərdə bədənin müqavimətini artırır. Kalium, maqnezium, natrium kimi minerallarla zəngindir.

Tabloid.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR