Azərbaycanlı gözəllik yarışmasında qonaq olacaq – Fotolar
Bizi izləyin

Tabloid.az

Azərbaycanlı gözəllik yarışmasında qonaq olacaq – Fotolar

Tanınmış təşkilatçı Aqil Məmiyev xarici səfəri çərçivəsində üç beynəlxalq yarışın finalında özəl qonaq kimi iştirak edəcək.

Tanınmış təşkilatçı Aqil Məmiyev xarici səfəri çərçivəsində üç beynəlxalq yarışın finalında özəl qonaq kimi iştirak edəcək.

Tabloid.az-a bu haqda məlumat verən A.Məmiyevin sözlərinə görə, sabah İstanbulda, möhtəşəm “Team Show Center”də “Miss Eurovision” beynəlxalq gözəllik yarışmasınin Türkiyə finalı keçiriləcək.

“Final mərasiminə özəl qonaq kimi dəvət almişam. Bildiyiniz kimi bu möhtəşəm yarışmanın finalını Azərbaycanda mən keçirmişdim. Sabah artıq Türkiyədə finaldır. Mərasimə hazırlıqlar davam edir. Yarışmanı Bakı vaxtı ilə saat 23:00-da Kral TV-də canlı izləyə biləcəksiniz”.

Təşkilatçı əlavə edib ki, sentyabrın 13-də İzmirdə “ Miss Exclusive of the World 2014” beynəlxalq top-model müsabiqəsinin və sentyabrın 14-də Kiprdə keçiriləcək “Miss Fashion TV” beynəlxalq gözəllik yarışmasının dünya finallarına xüsusi dəvət alıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm