Vüqar Muradov: “15 ildən sonra Xoşqədəm mənə işləyəcək”
Bizi izləyin

Tabloid.az

Vüqar Muradov: “15 ildən sonra Xoşqədəm mənə işləyəcək”

“Mənim 300 uşağım var”

Bu gün “Evdəyik” verilişinin studiya çəkilişləri zamanı maraqlı anlar yaşanıb.

Tabloid.az xəbər verir ki, verilişin aparıcısı Ulvira Qarayeva Vüqar Muradovla (Qüdrətoğlu) bağlı şok açıqlama verib. Deyib ki, ötən verilişdə özünü aktrisa kimi təqdim edən 22 yaşlı Türkan Əliyeva onun qonağı olarkən Vüqar Muradovdan hamilə olduğunu deyib.

Vüqar Muradov isə bizimlə söhbətində adı çəkilən qadını tanımadığını deyib:

“O qadını tanımıram, sadəcə, tədbirlərdən birində bir dəfə görmüşəm. Bəlkə də kiminsə qurma işidir. Ortada heç bir ciddi məsələdən söhbət gedə bilməz. Sizə deyim ki, kiminsə məndən hamilə qaldığını çox eşitmişəm. Yəni belə iddia ilə çıxış edənləri çox görmüşəm. Ona qalsa, mənim 200-300 uşağım var (Gülür). Çox adamdan eşitmişəm, deyir ki, mən Vüqardan hamiləyəm. Amma ortalıqda heç nə olmayıb. Mən tək yaşayan adamam və məşhuram. Haqqımda deyilənlər inandırıcı olacaq deyə, mənim adımı hallandırırlar. Mənə “səndən hamiləyəm” deyənləri, sonra qucaqlarında körpə uşaqla görməmişəm. Təbii ki, hansısa qadın məndən hamilə ola bilər. Nə olar ki, lap yaxşı. Vətəndaşlarımızın sayı çox olsun. Belarusiyada, Rusiyada, Ukraynada, dünyanın hər yerində mənim uşaqlarım olsun. Təki azərbaycanlıların sayı çoxalsın. Buna qarşı deyiləm. Məncə, ata olmaq gözəl hisdir. Bilmək olmaz, bəlkə 15 ildən sonra Xoşqədəm mənə işləyəcək (Gülür)?! Mən bundan zövq alaram. Bundan da xəcalət çəkmirəm. Nə qədər uşaq olsa, hamısına öz soyadımı verərəm. Heç bir problem yoxdur. Qoy Muradovlar nəslinin sayı çox olsun (Gülür)”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm