• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

60-cı illərin dəbi yenidən qayıdır – Fotolar

60-cı illərin dəbi yenidən qayıdır – Fotolar

60-cı illərin dəb tarixinə həkk olunan taxma kirpikləri, enli balaq şalvarları, iti burunlu dikdabanları və daha başqa ehtişamlı detalları stilimizə böyük təsir göstərəck.

60-cı illərin trendləri iddialı olmasından dolayı illərdir ki, dəb sərgilərindən uzaq düşmüşdü. 60-cı illərin dəb tendensiyalarına həsrət qalanlarını sevindirə bilərik. İllərdir ki, bizdən uzaq düşən trendlər işlənərək yenidən dəb gündəminə gəlib. O illərin trendləri bu günkü moda sənayesini öz əsirinə çevirib. Məktəbli yaxalıqlar, qısa mini donlar, yubkalar, iti burunlu nazik dikdabanlı ayaqqabılar özünə sonsuz güvəni olan olan seksual qadınların cəsarətlə daşıya biləcəyi trendlərdir.

Tabloid.az-ın bu icmalı dəbsevərlərə 60-cı illərdən bizə miras qalan dəb tendensiyalarından bəhs edir.

60-cı illərin bu günə yadigar qalan əsas trendlərindən biri və ən az tanınanı Peter Pan, yəni, məktəbli yaxalıqlarıdır. Xanım-xatın bir stil yaratmaq üçün seçimlərinizin ilk cərgəsində olmalıdır. Bəzi modelləri mirvari, krujevalı və müxtəlif daş-qaşla bəzədilib. Bu cür işləmələr sadə donları çox gözəl göstərir.

Keçən il midi yubka dəbi qısa modelləri üstələmişdi. Amma bu mövsüm qısa yubkalar da aktualdır. Qısa yubkalarda rahat gəzə biləcəyinizdən əminsinizsə və gözəl ayaqlarınızı sərgiləmək istəyirsinizə, heç tərəddüd etmədən qarderobunuza əlavə edin. Qısa yubkalar dəb dünyasının bütün dövrlərinin ən seksual geyimi hesab olunur. Onlar omasaydı, qızlar hələ də məktəbli qızlar kimi sıxıcı ətəklərdə dolaşardı.

Jacqueline Kennedy adı ilə tanınan qutu kimi pencəklər də 1960-ci illərin dəbinə daxildir. Bu pencəklər "Chanel"in klassik pencək modellərindəndir. Bu pencəkləri dar cinslərlə birləşdirərək möhtəşəm uyğunluq əldə edə bilərsiniz. Smart casual - deyilən şıq və idman stili yaratmaq istəyən qadınların sevərək geyindiyi bu pencək modeli həqiqətən də əla görünür.

1960-cı illərin sonuna doğru populyarlıq əldə edən enli balaq şalvarlar son zamanlar dəb həvəskarlarının bir nömrəli seçimidir. Onları qalın dabanlı, yaxud tanketka modellərlə uyğunlaşıdran zaman gözəl görünür. Dar cinslrədən bezənlər üçün gözəl alternativdir.

60-cı illər dedikdə ağla ilk gələn detallardan biri də taxma kirpiklərdir. O illərin məşhur modeli Tviqqidən bizə miras qalan diqqət çəkən kirpiklər qadınların makiyajda vaz keçə bilmədiyi detallardandır. Bu cür kirpiklər gecə dəvətləri üçün daha uyğundur.

Stiletto ayaqqabılar qısa boylu xanımları uzun göstərən ən yaxşı vasitədir. İndi qadınların çoxu dikdaban geyinmədən evdən çıxmır. Düz modellərə üstünlük versəniz də, həftədə bir dəfə dəyişiklik edin. Çünki bu ayaqqabılar qadınları həqiqətən də çox seksual göstərir. Onlar sizə özünə inam aşılayacaq!

Kişi üslubuna yaxın geyinmək sizin seksual obrazdan uzaqlaşdığınız demək deyil. Kişisayağı kostyumlar geyinərək də zərif və cazibədar görünmək mümkündür. Hələ 60-cı illərdə cəmiyyət qadınların şalvar geyinməsini həzm edə bilməyi bir dövrdə cəsur modapərəstlər kişisayağı kostyumlar geyinirdilər.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR