Üz dərisini cavanlaşdıran pilinq
Bizi izləyin

Tabloid.az

Üz dərisini cavanlaşdıran pilinq

Pilinq dərinin ən üst təbəqəsini təmizləyir və beləliklə daha gənc görünməyimizə kömək edir

Pilinq dərinin ən üst təbəqəsini təmizləyir və beləliklə daha gənc görünməyimizə kömək edir.

Davamlı olaraq pilinq edən insanların üzləri daha parıltılı olur. Pilinq sayəsində dərinin rəngi açılır, sızanaqların izləri yox olur, ən əsası dəri 5 yaş cavanlaşır.

Satışda olan bir çox pilinq vasitələrinin tərkibində dəri üçün zərərli kimyəvi maddələr olur. Ona görə də pilinqi özünüz hazırlamılısınız.

Bəs bunu necə hazırlamaq olar. Tabloid.az sizin üçün ən asan və effektli pilinq üsulunu araşdırıb:

Tərkibi:

1 qaşıq manna yarması

1 qaşıq gül suyu

Hazırlanması:

Gül suyu ilə manna yarmasını yaxşıca qarışdırın. Üzünüzə çəkib, dairəvi masaj hərəkətləri ilə dəriyə yedizdirin. Sızanaq izlərinin, yağlanmanın və qara nöqtələrin olduğu bölgələrə daha çox masaj edin.

5 dəqiqə sonra üzünüzü ilıq su ilə yuyun. Bu pilinqi həftdə bir dəfə edə bilərsiniz.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm