Ceyms Bond Bakı xatirələrindən danışdı - Video
Bizi izləyin

Tabloid.az

Ceyms Bond Bakı xatirələrindən danışdı - Video

Hollivudun tanınmış aktyoru Pirs Brosnan Azərbaycan haqqında danışıb.

Hollivudun tanınmış aktyoru Pirs Brosnan Azərbaycan haqqında danışıb.

Tabloid.az xəbər verir ki, məxfi agent Ceyms Bond rolu ilə tanınan məşhur aktyor hazırda Moskvadadır. “Noyabr adamı” filminin premyerasından dolayı Moskvaya səfər edən aktyor mətbuat konfransında Bakı haqqında xatirələrini bölüşüb:

“Yadımdadır ki, orada hər yerdə neft buruqları gördük, bu, mənim üçün qeyri-adi mənzərə idi. Bizi orada çox mehriban qarşıladılar. Azərbaycandan çoxlu balıq kürüsü ilə qayıtdım. O yadımdadır ki, maşın çox sürətlə gedirdi, ətrafımda neft buruqları var idi. Bunlar hamısı bizim film üçün lazımlı görüntülər idi. Mən Azərbaycanda yaxşı insanların əhatəsində dadlı yemək süfrələrini xatırlayıram”.

Xatırladaq ki, 1999-cu ildə Ceyms Bond haqqında filmin bir hissəsi məhz Bibiheybət buxtasında çəkilib.

“Dünya bəs eləməz” (“The world is not enough”) adlı 19-cu bölümdə həmin dövrdə çox aktual olan Bakı-Ceyhan kəmərinin çəkilməsi, Xəzər neftinin Qərbə çatdırılması mövzusuna toxunulurdu.

Filmdə baş rolları Pirs Brosnan, Sofi Marso, Cudi Denç, Deniz Riçards, Robert Karlayl oynayıblar.

Tabloid.az filmin Azərbaycanda çəkilən məşhur kadrlarını təqdim edir:

Oxumağa davam et
Reklam
Reklam

Gündəm