Tabloid.az
Orxan Babazadə dünya gözəllərini başına yığır - Fotolar, Video
Tanınmış müğənni Orxan Babazadə yeni yazdırdığı mahnısını üzə çıxarıb. Müğənni yaxın vaxtlarda mahnının ekran versiyasını da təqdim etməyə hazırlaşır. Tabloid.az-ın məlumatına görə, müğənninin ifa etdiyi “Bahar çiçəyim” adlı mahnının musiqisi Ceyhun Əliyevə, sözləri teleaparıcı Azər Şirinə, oranjimanı isə Tərlana məxsusdur. Klip fərqli bir üslubda çəkiləcək və böyük bir layihə kimi təqdim olunacaq: “Klipin bəlli bir büdcəsi olacaq. İstər texniki tərəfdən, istərsə də rejissor işi baxımından dünya standartlarına cavab verəcək. Ola bilsin ki, yaradıcı heyət başqa ölkədən dəvət olunsun. Onu da qeyd edim ki, mahnı Türkiyədə arenjeman olunub”.
Orxan onu da bildirdi ki, sevgiyə həsr olunmuş mahnının klip versiyasında iştirak etmək üçün xarici ölkələrdən modellər dəvət olunacaq: “Bu gün kliplərdə modellərin çəkilməsi artıq dəb halını alıb. Amma mən dəb xatirinə bunu etməyəcəyəm, sadəcə, musiqiyə ahəng qatmaq üçün tanınmış modelləri klipə dəvət edəcəyik. Hesab edirəm ki, mənim klipimdəki qızlar gözəllikləri ilə digər kliplərdəki qızlardan seçiləcəklər”.
Maraqlıdır, modellər hansı ölkədən dəvət olunacaq? Orxan hələ ki, seçim etdiyni bildirdi: “Ola bilsin ki, Afrikadan, İtaliya, ya Rusiyadan model dəvət etdik, hələ bu barədə konkret fikir deyə bilmərik. Hələ ki, seçim edirik, ürəyimə yatan qızlar olarsa, onları da klipimə çəkəcəyəm”.
Qeyd edək ki, illər öncə tanınmış müğənni İradə İbrahimova da eyniadlı mahnını ifa edib. Görəsən, Orxanın ifa etdiyi “Bahar çiçəyim” İradə mahnısı qədər populyar olacaqmı?
“O dövr üçün “Bahar çiçəyim” məşhur idi, amma hesab edirəm ki, indiki dövrdə üzə çıxardığım üçün mənim mahnım daha çox tutacaq. Hər halda bunu zaman göstərəcək”,- Orxan belə düşünür.
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?