Qadınlar kişilərdə ilk olaraq nəyə baxırlar?
Bizi izləyin

Tabloid.az

Qadınlar kişilərdə ilk olaraq nəyə baxırlar?

Daxili gözəllik məsələsi doğurdan da klişe ifadəyə çevrilib. Amma bizə yoldaşlıq edən insanı seçəndə xarakterin önəmli olduğunu dana bilmərik. Çünki uzun müddət bir yerdə yaşamaq üçün insanların xarakterlərinin üst-üstə düşməsi vacib məsələdir.

Qadınlar kişilər haqqında danışanda çox vaxt bu şablon ifadəni istifadə edirlər: “Mənim üçün əsas xasiyyətdir”.

Daxili gözəllik məsələsi doğurdan da klişe ifadəyə çevrilib. Amma bizə yoldaşlıq edən insanı seçəndə xarakterin önəmli olduğunu dana bilmərik. Çünki uzun müddət bir yerdə yaşamaq üçün insanların xarakterlərinin üst-üstə düşməsi vacib məsələdir.

İlk görüşdə biz qarşı tərəfin xarakterindən xəbərsiz oluruq. Görünüş, gözlər, geyim bizə ilkin siqnalları verə bilər. Ancaq ilkin təəssüratlar bizi yanılda bilər.

Bəs görəsən, cinslər bir-birlərində ilk nəyə baxır?

Kişilər üçün bu sualın cavabını tapmaq o qədər də çətin deyil. Əlbəttə ki, kişilər ilk növbədə ümumi gözəlliyə fikir verirlər. Qalanları isə sonra gəlir. Məsələn, kişi zövqsüz geyinən, amma gözəl olan bir qadını seçə bilər.

Bu toplumdan topluma dəyişə də bilər. Şərq cəmiyyətlərində qadının gözəlliyi ilə yanaşı, digər əxlaqi dəyərlər də önəm daşıyır.

Bəs qadınlarda necədir? Qadınlar kişilərdə ilk növbədə nəyə fikir verirlər?

Türkiyədə qadınlar arasında "Kişilərdə ilk nəyə baxırsınız?" adlı sorğu keçirilib. Verilən cavablar fərqli olub: gözlər, gülüşü, ağlı, boy-buxun, saçları, geyimi...

Qadınların çoxu kişilərin ayaqqabılarına və dişlərinə baxdıqlarını deyirdilər.

Qadın üçün ideal kişi?

Başqa bir araşdırmanı alman sosial psixoloqu Ronald Henss aparıb. Araşdırma nəticəsinə görə, qadınlar və kişilər özlərinə tərəf müqabili seçəndə öncə gözünə xoş gələn adamı seçirlər. Qadınlar çox vaxt daxili gözəllik axtardıqlarını desələr də, xarici görünüşü də üstün tuturlar. “Qadınlar yaraşıqlı və sağlam bədənli kişiləri öz uşaqlarına ata olaraq görürlər. Bu, onlar üçün keyfiyyətin əsas simvoludur”.

Qadınlar üçün ideal şərtlər: yaraşıqlı, sadiq, sabit xarakterli, ağıllı, cəmiyyətdə yaxşı statusa malik olan kişilər. Araşdırmanın nəticəsinə görə qadınlar kişilərdə ən birinci fikir verdikləri məqamlar belə sıralanır: Gülüş (dişlər) – 40 %, gözlər – 35 %, geyim – 11%, saçlar – 4%, bədən – 4%, ayaqqabılar – 2%, əllər – 1%.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm