• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

"Versace" moda evindən seksual kolleksiya - Fotolar

"Versace" moda evindən seksual kolleksiya - Fotolar

Nyu-York moda həftəsi çərçivəsində "Versace" moda evinin "Versus Versace" yaz-yay kolleksiyasını nümayişi baş tutub. Linkoln mərkəzində baş tutan dəfilə Entoni Vakkarellonun Donatella Versaçe ilə iş birliyi əsasında ərsəyə gəlib.

Qara rəng demək olar ki, yeni kolleksiyanı öz əsarətinə alıb. Çünki bütün geyimlər qara rəngdən ibarət olub. Geyimlərdə istifadə olunan dəri və qızılı aksessuarlar isə obrazı vurğulamağa kömək edir.

Kolleksiyada həndəsi kəsimlər, ənənəvi yunan ornamenti ilə hazırlanmış bluzkalar, kombinezonlar, boş sarafanlar, o cümlədən dəri məhsullar, yeni interpretasiyada klassik printli futbolkalar, sviterlər və ciddi biçimli köynəklər var.

Tabloid.az yeni kolleksiyanı təqdim edir:

Xəbər lenti

DAHA ÇOX XƏBƏR