• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Sözünü tutmadı, Dubaya şəffaf geyimdə gəldi - Fotolar

Sözünü tutmadı, Dubaya şəffaf geyimdə gəldi - Fotolar

Çılğın geyimləri və səhnə-şouları ilə daim gündəmdə qalan müğənni Ledi Qaqa konsert turnesi çərçivəsində Dubaya gedib.

Hava limanında fanatları tərəfindən qarşılanan Ledi Qaqa uzun libası ilə diqqət çəkib. Müğənni Birləşmiş Ərəb Əmirliklərində daha qapalı geyinəcəyinə söz vermişdi. "Mənə qaydaları dedilər. Başqa sənətçilər razı olmazdılar, amma məncə başqa mədəniyyətlərə hörmətlə yanaşmaq lazımdır. Bu insanlarla daha yaxın ola bilmək üçün vacibdir. Burada olarkən fanatlarıma xoşbəxtlik, yaradıcılıq və azadlıq mesajları vermək istəyirəm. Bu mesajları vermək geyimdən daha önəmlidir”.

Ancaq müğənni vədinə əməl etməyib. O, daş-qaşla bəzədilmiş uzun libas geyinsə də, geyiminin şəffaf olması diqqətdən yayınmayıb.

Buna baxmayaraq?dubaylılar Ledi Qaqaya heç bir irad bildirməyiblər. Səlahiyyətlilər çılğın müğənninin daha öncəki açıq-saçıq geyimləri ilə müqayisədə Dubayda geyindiyi libasın daha qapalı olduğunu düşündüklərini bildiriblər.

Qeyd edək ki, müğənni 16 sentyabrda Türkiyədə konsert verəcək. Ledi bu ölkədə də mühafizəkarlar; nəzərə alaraq daha qapalı geyinəcəyini bildirib.

Tabloid.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR