“Bəli, mən artıq seksual deyiləm!”
Bizi izləyin

Tabloid.az

“Bəli, mən artıq seksual deyiləm!”

Məşhur fotoqraf Ceyd Bill qadın gözəllik anlayışını alt-üst edən təxribat xarakterli layihəyə start verib.

Məşhur fotoqraf Ceyd Bill qadın gözəllik anlayışını alt-üst edən təxribat xarakterli layihəyə start verib.

Ceyd Billin bu layihəyə başlamasına təkan verən isə ötən ilin əvvəlində baş verən hadisə olub. Arizonanın Tuson şəhərindən olan gənc ana onun studiyasına girib soyunub və bir aylıq körpəsini qucağına alıb avtoportretlər seriyası çəkdirib.

Fotoqraf, şəkillərdə ona tanış olmayan bədəni görüb: dərinin büzüşməsi və hamiləliyə qədər olmayan qırışlar, çatlar...Rastlaşdığı mənzərə qadının çox da xoşuna gəlməyib. Buna baxmayaraq, o, bu şəkli öz bloqunda paylaşaraq ana olmağın çətin tərəflərini hər kəsin diqqətinə çatdırmaq istəyib. Mətbuatda hamilə qadın şəkilləri verilir, ancaq təhrif olunmuş formada təqdim olunur.

Daha sonra Bill şəxsi “Facebook” səhifəsində rəfiqəsinin qarnına qısılan iki uşağı ilə birlikdə fotosunu paylaşıb. Bu fotonun yayımlanmasında məqsəd rəfiqəsinin hamiləlikdən sonra qarnında yaranan çatlaqları və izi göstərmək olub.

Daha sonra bu ideya sosial şəbəkələrdə virus kimi yayılıb. Yüzlərlə qadın Billə dəstək verib və bu cür fotosessiyalar çəkdiriblər. Fotoqraf daha 70 qadının fotosessiyasını edib və həmin materiallardan albom düzəldib. Bu albomu isə “Gözəl bədən” adlandırıblar. Albom bu ilin yanvar ayında kitab şəklində buraxılıb.

Bill vizajist xidmətlərindən istifadə edərək modelinin çatışmazlıqlarını gizlətməyə çalışmır. Fotoqrafın modellərindən biri Nikol Mid etiraf edir ki, bu şəkilləri əlinə alanda onu soyuq tər basıb.

Layihədə iştirak edən qadınların çoxu öz bədənindən utanıb, Mid də istisna olunmur. İlk övladını dünyaya gətirdikdən sonra o, qarnını gizlətməyə başlayıb. Çimərlikdə bikini geyinməkdən söhbət belə gedə bilməzdi. Çəkilişləri dəhşət içində, amma qətiyyətlə gözləyirdi. Qadın bu fotosessiyaya üç oğlu ilə birgə çəkilib.

“Mən uşaqlara bu layihədə iştirak etməyi təklif edəndə məndən soruşdular ki, axı bunun nə mənası var? Onlara cavab verdim ki, bunu gələcək həyat yoldaşınız, qızlarınız naminə edin. Çünki qadını olduğu kimi çox nadir hallarda göstərirlər. Mən istədim ki, oğlanlarım gələcək həyat yoldaşlarının doğuşdan sonra necə görünəcəklərini əvvəlcədən bilsinlər. Bu, onları utandırmamalı və narahat etməməlidir”.

Məşhur bədən mədəniyyəti barədə doğuşdan sonra yalnız necə normaya düşmək və əvvəlki formaya qayıtmaq kontekstində yazılar gedir. Bundan sonra qadınları şəkildə gördükləri kimi olmamaqda günahlandırılar. Çünki heç də bütün qadınlar əvvəlki formasına qayıda bilmirlər.

Hamiləlikdən sonra bir çox qadınların qarnında çapıqlar, qırışlar və çatlaqlar qalır. Bütün bunlar KİV-in göstərmək istəmədiyi reallıqdır. Ceyd Bilin bu layihəsi insanların analığa olan münasibətini və ideal qadın gözəlliyi anlayışını dəyişməyə hesablanıb.

“Mən bu bədəni, bu çapıqları, çatlaqları necə sevməyə bilərəm, əgər onda yeni həyat doğulursa? Bəli, mən artıq seksual deyiləm, gözələm!”

“Mənim bədənim dartılır və böyüyürdü. Çünki daxilimdəki insanı yedirməli və yetişdirməli idim”.

“Bəli, mən seksual deyiləm. Bəli, mən heç vaxt əvvəlki kimi olmayacağam. Bəli, mən indi anayam! Və mən bunun fəxr edirəm”.

Fotosessiyalar zamanı balaca bir oğlan “Mənim anamı niyə çəkirsiniz?” sualını verib.

“Çünki biz onun analıq tarixçəsini digər qadınlarla bölüşmək, qadınları olduğu kimi göstərmək və öz gözəlliyini qəbul etməsini istəyirik”.

“Lakin mənim anam özünü gözəl hesab etmir” deyə balaca oğlan etiraz edib.

“Buna görə də, onu çəkirik. Əsl həqiqəti biz ona göstərməliyik”.

“Qəlbimdə yeni bir həyat yaranmışdı. Bədənim onu qidalandırdı və dünyaya gətirdi. Siz deyirsiniz ki, mən nə vaxtsa gözəl olmuşam. Mən indi də heç vaxt arzulamağa cəsarət etmədiyim qədər gözələm. Gözəllik haqqında fikirləri alt-üstü etməyin vaxtı çatıb. Bir-birimizi tərifləmək və bədənimizi bu dəyişikliyə alışdırmaq zamanı gəlib. Təbiətin bəxş etdiyi həqiqi gözəlliyi üzə çıxarıb, ehtiram göstərməyin vaxtıdır".

“Sizin bədəninizdəki xətlər, çapıqlar, çatlaqlar, qırışlar - onlar hamısı gözəldir. Özünüzə başqalarının gözü ilə deyil, öz gözləriniz və qəlbinizlə baxmağa vadar edin. Siz qarşılaşdığınız mənzərəni çox secəvəksiniz”, deyə fotoqraf söyləyir.

Mənim anam mənim qəhrəmanımdır.


Oxumağa davam et
Reklam
Reklam

Gündəm