• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Xərçəngə yaxalanmamaq üçün bunları yeyin!

Xərçəngə yaxalanmamaq üçün bunları yeyin!

Əsrimizin ən qorxulu xəstəliyi xərçəngdir. Xərçəngin müalicəsi hələ tam olaraq mümkün deyil. Ancaq müəyyən vasitələrlə bu xəstəlikdən qorunmaq öz əlimizdədir. Xərçəngə yaxalanma riskini azaltmaq üçün sağlam həyat tərzi, hərəkətlilik, sağlam qidalanma şərtlərinə əməl etmək lazımdır.

Bu qidaları menyunuza daxil etsəniz, xərçəngdən maksimum qoruna bilərsiniz.

Qarpız

A və C vitamini ilə zəngindir. Bədəni toksinlərdən təmizləyir.

Alma

Gündə 2 ədəd almanı qabıqlı şəkildə yeyin.

Vitamin və minerallarla zəngin olan bu meyvə bədəni xərçəngdən qorumaqla yanaşı, xərçəngin müalicəsində də faydalıdır.

Gilas

Xərçəngin yaranmasına və onun yayılmasına mane olur. Xüsusilə süd vəzi, dəri, ağciyər və qaraciyər xərçənglərində təsirli vasitədir.

Nar

Ən möcüzəli meyvələrdən biridir. Faydalarını saymaqla qurtarmır. Son araşdırmalar narın bədəni kansoregen maddələrdən təmizlədiyini ortaya çıxarıb. Bunun üçündə gündə ya 1 stəkan təzə nar şirəsi içmək, ya da 1 ədəd nar yemək lazımdır.

Qara üzüm

Xərçəngin inkişafına mane olur. Toxumları və qabığı ilə birlikdə yeyilməlidir. Gündə bir salxım üzüm sizi bir çox problemlərdən azad edəcək.

Böyürtkən

Xərçəng hüceyrələrinin ölməsinə səbəb olur. Xərçəngə qarşı yarpaqlarından da istifadə etmək olar. Onları dəmləyib çay kimi içmək lazımdır.

Qırmızı turp

Ağciyər xərçəngi riskini azaldır. Gündə 2-3 ədəd turp yeyərək özünüzü süd vəzi xərçəngindən də qoruya bilərsiniz.

Qırmızı bibər

C vitaminin xərçəng hüceyrələrinin inkişafını ləngitdiyi və immuniteti gücləndirdiyi bəllidir. Qırmızı turp C vitamini mənbəyi olduğu üçün bol-bol yemək lazımdır.

Pomidor

Bu tərəvəzi az miqdarda bişirib daha sonra yesəniz, təsirini artırmış olarsınız.

Prostat xəstəliklərindən müdafiə edir. Tərkibindəki likopen maddəsi sayəsində ağciyər, süd vəzi xərçəngini əngəlləməyə nail olur.

Sarımsaq

Xərçəngin yayılmasının qarşısını alır. Ondan həm də xərçənglə müalicə zamanı istifadə etmək olar. Araşdırmalara görə, sarımsaq mədə, süd vəzi, bağırsaq, yemək borusu, prostat və dəri xərşənginin yaranması və irəliləməsinə mane olur. Hər gün 1-2 diş istifadə etmək lazımdır.

Ananas

Meyvənin tərkibindəki faydalı maddələr ağciyər, yumurtalıq, dəri xərçəngi şişlərinin inkişafını dayandırır.

Əncir

Xərçəngə qarşı müdafiə sistemi yaradır.

Yaşıl çay

Hər gün yaşıl çay içmək lazımdır. Çayın tərkibindəki xərçənglə mübarizə aparan maddələr şişlərin yaranmasına mane olur.

Tabloid.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR