Astroloji proqnoz - 13 sentyabr
Bizi izləyin

Tabloid.az

Astroloji proqnoz - 13 sentyabr

Səbuhi Rəhimlidən gündəlik astroloji proqnoz ...

Səbuhi Rəhimlidən gündəlik astroloji proqnoz ...

QOÇ – Yaxşı olar ki, əsas vaxtınızı fəaliyyət sahəsində xərcləyəsiniz. Münasibət qurmaq, hansısa qlobal problemi həll etmək, uzaq səfərə çıxmaq üçün uğurlu ərəfə deyil. Yalan vədlər verməyin.

BUĞA - İnsanların bir-birinə soyuqlaşdığı indiki ərəfədə dini-mistik dəyərlərə qiymət verməlisiniz. Bu baxımdan Tanrıya zidd olan addımlar atmayın. Gün ərzində səhhətinizi qoruyun.

ƏKİZLƏR - Ailə-sevgi münasibətlərini qaydasına salmaq üçün gözəl fürsətdir. Öz eşqinizi izhar etmək istəyirsinizsə, bir an da vaxt itirməyin. Başqalarının qəlbinə dəyən hərəkətlərə yol verməyin.

XƏRÇƏNG - Bu gün ilk növbədə sağlıq durumunuza diqqət yetirməlisiniz. Astroloji göstəricilər daxili orqanlarınızda problemlərin baş qaldıracağını göstərir. Qalan işləriniz normal olacaq.

ŞİR - Bu təqvimdə ən müxtəlif situasiyalarla rastlaşa bilərsiniz. Daha həssas olduğunuz üçün emosiyalarınızı cilovlayın. Mübahisə etməyin. Başınızı yalnız adi işlərlə qatın.

QIZ - Fəaliyyətlə bağlı yeni gedişlər etmək üçün imkan qazanacaqsınız. Bu yönümdə müttəfiqlərinizin köməyindən maksimum yararlanmağa çalışın. Bu gün yaşlı qohumları ziyarət etmək sizə rahatlıq gətirəcək.

TƏRƏZİ - Bu gün enerjiniz qədərindən az olduğu üçün nəzərdə tutduğunuz ciddi planları təxirə salın. Qarşılıqlı münasibətlərdə ehtiyatlı olun. Sizə aidiyyatı olmayan məsələlərə müdaxilə etməyin.

ƏQRƏB - Ulduzların düzümü yeniliklərlə zəngin olan bu gündə riskdən uzaq olmağı tövsiyə edir. Nahar ərəfəsində isə perspektivli danışıqlarda iştirakınız gözlənilir. Pul barədə qənaətcil olun.

OXATAN - Təxminən saat 13-ə qədər mübahisə və qalmaqallar gözlənildiyindən özünüzü qoruyun. Sonrakı müddətdə isə vəziyyət qismən sabitləşəcək. İşlə bağlı məsuliyyətinizi dərk edin.

OĞLAQ - Hər mənada uğurlu gündür. Göy qübbəsi müdafiənizdə durduğu üçün ovqatınız xoş olacaq. Günün ikinci yarısında şəxsi büdcənizi artırmaq üçün şans qazanacaqsınız. Ölçülü-biçili danışın.

SUTÖKƏN - İş yoldaşlarınızla, qonşu və qohumlarınızla mülayim davranın. Hətta günahkar qarşı tərəf olsa da, təmkin göstərib neytrallığınızı qorumağa çalışın. Bəxtinizdə pul da var.

BALIQLAR - Ailə üzvlərinizlə bağlı yaranmış problemləri özünüzə dərd etməyin. Hər şeyi taleyin axarına buraxın. İndi sizə onlara qarşı mülayim mövqe nümayiş etdirmək lazımdır. Səhhətinizə fikir verin.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm