Ulduzların bahalı malikanələri
Bizi izləyin

Tabloid.az

Ulduzların bahalı malikanələri

Dünya ulduzların evləri ən müasir texnologiyalarla təchiz olunmuş və bütün mümkün və mümkün olmayan rahatlığı olan sarayları xatırladır. Bu malikanələrdə su hovuzundan tutmuş uçuş zolağına qədər olur. Bir çox məşhurlar malikanələrini və kotteclərini kəna

Dünya ulduzların evləri ən müasir texnologiyalarla təchiz olunmuş və bütün mümkün və mümkün olmayan rahatlığı olan sarayları xatırladır. Bu malikanələrdə su hovuzundan tutmuş uçuş zolağına qədər olur. Bir çox məşhurlar malikanələrini və kotteclərini kənar gözlərdən gizlətməyə çalışırlar, lakin bu, heç də həmişə mümkün olmur.

Tabloid.az xarici mətbuata istinadən dünya ulduzlarının malikanələrinin fotolarını təqdim edir:

Pop müğənni Rihannanın malikanəsi nəhəng şüşə evdir. Pəncərələri bütün divarlar əvəz edir. Malikanənin içərisində böyük kitabxana, ev kinoteatrı, sauna, hovuz və spa zona, həmçinin 8 yataq və 10 vanna otağı var.

Aktrisa Cennifer Enistonun evində qonaqları nahara dəvət etmək üçün əsl Tailand qonqu var. Onun qonaq stolu 24 nəfərlikdir. Evin damında iki böyük günəş batareyası, həyətdə isə axşam əyləncə məcliləri üçün buxarı (kamin) var.

Kameron Diazın evi Beverli Hillzdə yerləşir. Onun torpağının sahəsi 12 min kvadratmetrdir. Evin interyeri işıqlı tonlardadır, hər yer yumşaq divanlar, qızılı çərçivələrlə bəzədilib.

Castin Biber Los-Ancelesdə Vestvud rayonunda çoxmənzilli evdə yaşayır. Bu mənzilin sahəsi 220 kvadratmetrdir. Mənzildə 3 yataq və 4 vanna otağı var. Mənzilin qiyməti 1,7 mln. dollardır. Mənzilin döşəməsi ağ mərmərdəndir. Binanın altında Castinin “Ferrari” və “Lambroghini Gallardo” markalı avtomobilləri üçün iki qaraj var.

Məşhur sarışın Paris Hiltonun evinin dəyəri 6,25 milyon dollardır. Onun həyəti yaşıl tropik bağçanı xatırladır, həyətdə ekzotik ağaclar, çiçəklər bitir. Evdə 5 yataq otağı, qrim və qarderob otaqları, trenajor zalı var.

Aktrisa Cesika Albanın evindəki mebellər ekoloji təmiz materiallardan hazırlanıb. Malikanə gözəl bağça ilə əhatələnib. Deyilənlərə görə, Cesika burada ailə üzvləri və sevimli heyvanları ilə vaxt keçirməyi xoşlayır.

Ledi Qaqa Şotlandiyada ən bahalı evdə yaşayır. Onun mülkünün sahəsi 115 hektardır. Sarayda 60 otaq var. 16 yataq otağı, iki qonaq otağı, yeməkxana, konsert zalı, bilyard, oranjereya, şərab saxlanması üçün böyük zirzəmilər və s. Bu saray qədim dövrlərdə olduğu kimi buxarılarla qızdırılır. Mülkdə 35 buxarı var. Bu saray üçün müğənni 12,9 mln. dollar ödəyib.

Aktyor Con Travolta 1,4 milyonluq evində hovuz, qolf üçün meydança da var.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm