Zərifliyi ilə seksual ulduzları kölgədə qoyan gözəl - Fotolar
Bizi izləyin

Tabloid.az

Zərifliyi ilə seksual ulduzları kölgədə qoyan gözəl - Fotolar

Filmdə geyindiyi libası 920 min dollara satılaraq rekord qırdı

Son illər moda dünyasında retro tərzə qayıdış hiss olunur. Moda dizaynerləri keçmiş illərin, xüsusilə də 1950-1960-cı illərin unudulmaz stillərinə yenidən öz kolleksiyalarında yer verirlər.

Mən də moda dünyasındakı bu geriyə qayıdışı nəzərə alaraq bu dəfə “Onların stili” layihəsi çərçivəsində 60-cı illərin ən məşhur stil ikonası, gözəllik simvolu aktrisa Odri Hepbernin möhtəşəm tərzindən yazmağa qərar verdim. Kinosevərlər və modanı yaxından təqib edən xanımlar yaxşı bilirlər ki, illər keçsə də, bu gözəlin stili aktual olaraq qalır. Hələ də Hollivud ulduzları da daxil olmaqla bir çox qadın Odrinin yaddaşlardan silinməyən zərif stilini təqlid etməyə davam edir.

Bəs Odri stil ikonasına necə çevrildi? O, mükəmməl görünmək üçün hansı sadə qaydalara əməl edirdi? Gəlin birlikdə öyrənək.

1950-1960- cı illərdə seksuallıqları ilə ön planda olan ulduzlar fenomenə çevrilmişdilər. Merilin Monro, Elizabet Teylor həm kişiləri, həm də qadınları özlərinə heyran qoyurdular. Ancaq bir qadın daha var idi, onun iri sinəsi, möhtəşəm ombaları yox idi. Maraqlısı isə o idi ki, bu qadının seksual və möhtəşəm görünmək üçün açıq-saçıq geyimlərə, sinəsini çöldə qoyan dekoltelərə heç ehtiyacı da yox idi. O, sadə, qısa qara donla da mükəmməl görünürdü. Bu qadın Odri Hepbern idi. İllər ötsə də, əvəzedilməz stil ikonası olmağı bacaran gözəlçə.

Digər bütün ulduzlardan fərqli bədən quruluşuna malik olan Odri arıq, zəif oğlan uşağını xatırladırdı. Ancaq o öz bədənini sevirdi və özünə nəyin yaraşdığını əla bilirdi. “Tiffanidə səhər yeməyi" filmindən sonra həm moda dünyasının, həm də moda sevərlərin yaddaşına adını həkk edən Odri qalın qaşları, qısa saç kəsimi ilə 1950-ci illərin “seks bombası” statusunu daşıyan məşhurları belə kölgədə qoydu.

O, insanların qadın gözəlliyinə baxış bucağını dəyişdirdi. Məsumiyyət və zərifliyin qadına daha çox yaraşdığını sübut etdi.

Stil İkonu: Audrey Hepburn

Odri böyük günəş eynəkləri, kapri şalvarları və qara donu ilə yaddaşlara həkk olundu.

Odrinin stilinə yaxından nəzər saldıqda görürük ki, onun qarderobundakı geyimlər demək olar ki, hamının paltar şkafında olanlarla eynidir –şalvarlar, şapkalar, aksessuarlar və ayaqqabılar. Odrini fərqli göstərən və təkrarolunmaz edən isə geyimləri doğru kombinləmək və özünə yaraşan makiyaj və aksessuarlarla tamamlamaqdır.

Mini ətəyin yaradıcısı Meri Kant Hepbern haqqında deyirdi:

“O, gəlmiş keçmiş ən zərif geyinən qadındır”.

Bəli, Odrinin stili zəriflik üzərində qurulmuşdu. Çox qəribə də olsa o, məsum üzü, baxışları və dekoltesiz geyimləri ilə olduqca seksual görünürdü.

1950-ci illərdə moda dünyasına təkan verən və əsas trendləri müəyyənləşdirən filmlər idi. Bəli, filmlərin baş qəhrəmanının geyim tərzi, saç kəsimləri, makiyajları yaxından təqib edilirdi. “Tiffanidə səhər yeməyi" filmindən sonra küçələr Odrinin bənzərləri ilə dolub daşdı. Odrinin möhtəşəm stili bütün dünyanı əsir aldı. Dəblə ayaqlaşmaq istəyən xanımlar salonlara əllərində Odrinin fotoları ilə getməyə başladılar. Hamı saçını onun kimi kəsdirir, onun kimi makiyaj edir, mağazalarda onun geyimlərinin oxşarını axtarırdı.

Elə bu gün də qadınlar ona oxşamaqdan imtina etməyiblər. Kim həm sadə, həm də gözəl görünmək istəməz ki?!

Adətən bej və ağ rəngə üstünlük verirdi.

Stil İkonu: Audrey Hepburn

Dəvətlərə gedərkən qara rəngin zərifliyinə sığınırdı. Naxışlı libaslarını iri şapkalarla tamamlayırdı.

Odri stilindən bəhrələnmək istəyənləri nəzərə alaraq gözəl aktrisanın stilinin ən yadda qalan detallarını araşdırdım.

Qara don: “Coco Chanel”in kiçik qara paltarı moda dünyasına gətirməsindən 40 il sonra Odri bu geyimə yeni nəfəs verdi və klassikləşdirdi.

Stil İkonu: Audrey Hepburn

“Tiffanidə səhət yeməyi” filmində geyindiyi “Givenchy” brendinə məxsus paltarı kinoda gəlmiş keçmiş ən yaxşı geyim seçildi. Bu libas 2006-cı ildə auksiomda 920 min dollara satıldı. Qeyd edim ki, bu, bir filmdə geynilən paltara verilən ən bahalı qiymətdir.

Stil İkonu: Audrey Hepburn

Stil İkonu: Audrey Hepburn

Trençkot: İngilis dilindən "hərbi geyim" kimi tərcümə olunan trençkotun yaranması 1901-ci ilə təsadüf edir. Moda dünyasında bu geyim növünün adı iki Britaniya brendiylə bağlıdır: “Aquascutum” və “Burberry”. 1961-ci ildə çəkilən "Tiffanidə səhər yeməyi" filmində Odri Hepbernin “Burberry” trençini seçməsi bu geyim növünü daha da populyarlaşdırır.

Bu geyimin indiyə kimi gəlib çıxmasında Odrinin rolu böyükdür.

Eleqantlıq rəmzinə çevrilən hərbi geyim

Babetlər: Odri gündəlik həyatda babetləri yüksək bel şalvarlarla, beldən başlayaraq qabarıqlaşan ətəklərlə, tulumlarla kombinləyirdi. Aktrisa çox vaxt eyni rəngdə geyinməyə üstünlük verirdi. Məsələn, qara rəngli lasin, eyni rəngdə sadə tşört və babet geyinərək Odri kimi görünə bilərsiniz.

Stil İkonu: Audrey Hepburn

Kapri şalvarlar: Dəb ilahəsi Odri təkcə filmlərdə yox, elə gündəlik həyatda da kapri şalvarlara üstünlük verirdi. Bu şalvarları köynəklə kombinləyir, köynəyin düymələrini sinəsinə kimi açırdı. Bəzən də bu kombinə kişi geyimini xatırladan pencək əlavə edirdi.

Kişi köynəkləri: Qadınlığını vurğulamağı sevən Odri bəzən də kişi geyimlərini xatırladan tərzdə geyimlərə üstünlük verirdi. Ancaq bu kostyumlar da ona çox yaraşırdı. “Roman Holiday” filmindən sonra bir çox qadın onun kimi düyməli köynək geyinməyə başladı.

Böyük aksessuarlar: Dəbdəbəli ləl-cəvahiratlar, incilər, böyük eynəklər, böyük şapkalar, bəbir detalları olan aksessuarlar Odrinin tərzini əks etdirir. O, bu aksessuarları sadə geyimlərlə kombinə edirdi. Ona görə də böyük aksessuarlar gözə girmir, əksinə zərifliyini tamamlayırdı.

Stil İkonu: Audrey Hepburn

Stil İkonu: Audrey Hepburn

Stil İkonu: Audrey Hepburn

Zarafet İkonu: Audrey Hepburn

Yaylıq və şərflər: Odri yaylıq bağlamağı çox sevirdi. Boynuna fərqli üsullarla bağladığı yaylıq və şərflər onun zərifliyini vurğulayan əsas detallar idi. O, incə və uzun boynunu çəhrayı rəngli yaylıqlarla vurğulamağı çox xoşlayırdı.

Stil İkonu: Audrey Hepburn

Zarafet İkonu: Audrey Hepburn

Əlcək:Odrinin əlcəkləri də olduqca diqqət çəkir. Qara uzun əlcəkləri ilə zərif stilinə cazibədarlıq qatan aktrisa şıq, kiçik çantaları ilə də moda ikonası ünvanına layiq olduğunu göstərir.

Stil İkonu: Audrey Hepburn

Saç: 50-ci illərdə qadınlar saçlarını ya onun kimi açıq qoyurdular, ya da qısa kəsdirirdilər. Onun toppuz modeli və kəkilləri də olduqca populyar idi. Bu dəb indi də öz aktuallığını itirməyib.

Makiyaj: Gözlərinin üstünə qalın layner çəkib, kirpiklərini tuşla vurğulayırdı. Qaşlarını qələmlə daha da qalın göstərirdi. Yeri gəlmişkən, son illərdə dəbdə olan qalın qaş modeli stilistlərin hələ də Odridən bəhrələndiklərini bir daha sübut edir. Qələmlə dodaqlarını qalınlaşdırır, daha sonra qırmızı dodaq boyası çəkirdi. Qırmızı dodaq boyasına qara rəngli geyimlər geyindikdə üstünlük verirdi. Yanaqlarına çox xəfif şəkildə ənlik çəkirdi.

Göz kölgəsindən demək olar ki, istifadə etmirdi. Çox nadir hallarda, dəvətlərə gedərkən gözlərinə gümüş rəngində göz kölgəsi çəkirdi.

Stil İkonu: Audrey Hepburn

Aktrisanın stilisti Hubert Givenchy Odri ilə ilk dəfə tanış olduğu günü belə xatırlayır:

“Mənə xanım Hepbernin gələcəyi və yeni filmi “Sabrina” üçün geyimlər seçəcəyi deyilmişdi. Onun stilini və görkəmini bəyəndiyim üçün çox həyəcanlanmışdım. Ancaq sonra qapı açıldı və içəriyə ceyran gözlü, qısa saçlı, olduqca arıq və uzun bir gənc qadın daxil oldu. Dar şalvar və tişört geyinmişdi, babetləri və qırmızı lentli şapkası ilə geyimini tamamlamışdı.

Təəccüblənən stilist Odriyə yeni bir kolleksiya hazırladığnı, dərzilərin sayının az olduğunu və ona kömək edə bilməyəcəyini deyir. Odri isə yeni kolleksiyadan hazır olan geyimləri görmək istədiyini bildirir. Bundan sonra Hubert ən yaxşı geyimlərini aktrisa üçün hazırlayır:

“Nə istədiyini bilirdi. Üzünü və vücudunu çox yaxşı tanıyırdı. Qüsurlarını da bilirdi. Daha sonra onun istəklərini nəzərə alaraq geyimlərimi ona uyğunlaşdırdım. Hazırladıqlarım o qədər populyar oldu ki, kolleksiyamı “Décolleté Sabrina” adlandırdım”.

Sonda sizə günümüzdəki geyimlərlə Odri stilini əks etdirmək üçün lazım olanları təqdim edirəm:

Günəş eynəyi: “Chloé” brendinin “cat eye Chloe Tilia acetate” modeli

Çanta: “Chanel Chanel”in “Quilted Flap vintage” model çantası

Ayaqqabı: “Lanvin” brendinin “nude flat” adlı ayaqqabısı

Ətir: “Marc by Marc Jacobs daisy”

Pencək: “PREEN” brendindən “KM12PC01 STONE LEATHER” pencəyi

Paltar və sırğalar: “Miss Selfridg” markası

Audrey Hepburn stil önerileri

Oxumağa davam et
Reklam
Reklam

Gündəm