Bürclərə görə uğur gətirən talismanlar
Bizi izləyin

Tabloid.az

Bürclərə görə uğur gətirən talismanlar

Bürclərə uğur gətirən talismanlar

Hər bürcün ona aid olan, u]ur gətirən xüsusi daşları var. Tabliod.az bürclərə uğur gətirən daşları təqdim edir:

Qoç bürcünün uğurlu daşı: Əqiq, ametist, hematist, sitrin, yaqut, aqvamarin və jasper daşları bu bürcün nümayəndələrinin şansına təsir edir. Əşyalarınızın çoxunda bu daşlardan istifadə edin ki, şansınız bol olsun.

Buğa bürcünün uğurlu daşı: Sapfir, krizopras, zümrüd və mavi kalsedon bu bürcə uğur gətirən daşlardır. Bu daşları üzərinizdə gəzdirməyi yaddan çıxarmayın.

Əkizlər bürcünün uğurlu daşları: Əqiq, çəhrayı kuvars, krizopars daşları əkizlər bürcünə uğur gətirir. Əşyalarınızda istifadə etdikdən sonra təsirini özünüzdə hiss edəcəksiniz.

Xərçəng bürcünün uğur daşı: Kuvars, krizopras, peridot, aventurin, əqiq və ametist daşları bu bürcə şans gətirən daşlardır. Şansa ehtiyacınız varsa, əşyalarınızda bu daşlardan istifadə etməyi məsləhət görürük.

Şir bürcünün uğurlu daşları: Əqiq, peridot, kuvars, amestist, sitrin, mirvari və mavi topaz daşları Şirlərə uğur gətirən daşlardı. Daha çox şans üçün bu daşlardan birinin üzərinizdə olmasına diqqət edin.

Qız bürcünün uğurlu daşı: Əqiq, obsidyen, sitrin və topaz daşları Qızlara şans gətirən daşlardı. İstifadə etdiyiniz aksessuarlarda bu daşların olmasına diqqət edin. Uğura ehtiyacınız varsa, bu daşlar köməyinizə çata bilər.

Tərəzi bürcünün uğurlu daşları: Əqiq, mərcan, lapiz lazuli, çəhrayı kvars, aquamarin, dumanlı kvars sizə uğur gətirir. Aksessuarlarda istifadə etsəniz, işinizlə birlikdə şansınız da uğurlu ola bilər.

Əqrəb bürcünün uğurlu: Çəhrayı kvars, obsidyen, qranat və mərcan daşları Əqrəblər üçün şans gətirən əhəmiyyətli daşlardı. Bu daşlarla dekore edilmiş aksessuarlar istifadə etməyə çalışın ki, şansınız daha uğurlu olsun.

Oxatan bürcünün uğurlu daşı: Ametist, topaz, mavi əqiq daşı, peridot, jasper, sodalit, lapiz lazuli daşları Oxatan bürclərinə şans gətirən vacib daşlardır. Bu daşlarla bəzədilmiş aksessuarlar uğurunuzu artıracaq.

Oğlaq bürcünün uğurlu daşı: Əqiq, kəhrəba, malaxit, yaqut və ya jasper daşları bu bürclərin şans daşları hesab olunur. Bu daşlarla dekore edilmiş aksessuarlar şansınıza təsir edəcək.

Dolça bürcünün uğurlu daşı: Ametist, kristal kuvars, əqiq daşı, yeşim (jade), qranat, sirkonium və mavi əqiq daşları dolça bürcünün uğurlu daşlarıdı. Dolça bürcləri bu daşlardan birini yanında gəzdirsə, həmin günün ən çanslı adamı onlar olacaqlar.

Balıq bürcünün uğurlu daşı: Ametist, opal, aydaşı, aquamarin, çəhrayı kuvars, florit və mərcan daşları bu bürcün uğurlu daşlarıdır. Balıq bürcləri bu daşlardan hazırlanmış aksessuarlar istifadə etsə, uğurları iki qat arta bilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm