Adriana Lima türk kişilərindən danışdı - Fotolar
Bizi izləyin

Tabloid.az

Adriana Lima türk kişilərindən danışdı - Fotolar

Türk qadınları çox gözəldir, kişilər isə...

Məşhur model, “Victorias Secret” mələyi Adriana Lima türkiyəli jurnalist Aslı Barışa müsahibə verib. Gözəl model maraqlı açıqlamaları ilə yadda qalıb. Tabloid.az həmin qısa müsahibəni olduğu kimi təqdim edir:

- Acun İlıcalının kanalında moda verilişinin aparıcısı olacağın iddia edilir. Müqavilə imzalamısınız? Səni nə vaxt ekranda görəcəyik?

- Acun, mən və prodüserim bir müddətdir ki, bu barədə danışırıq. Detalları mən müəyyən etmirəm. Təklifi qəbul etsəm, mənim əvəzimə şərtləri prodüserim qoyur. Ona görə də hələ dəqiq cavab verməmişəm.

- Acun İlıcalı 99 faiz razılaşdığınızı deyir.

- Doğru deyir. Türkiyədə işləməkdən zövq alacağam. Son üç ildir ki, Türkiyəyə gəlib gedirəm. Demək olar ki, ildə iki dəfə gəlirəm. Türkiyəni sevirəm. Yeməklərini, memarlıq abidələrini, insanlarının səmimiliyini…

Ayasofiyaya, Kapalıçarşıya, Sultanəhmədə neçə dəfə getdiyimi bilmirəm. Amma hər dəfə həyəcanlanıram. Qadınlar çox gözəldi, kişilər isə hörmət etməyi bacarırlar. Burada daha çox vaxt keçirmək istəyərəm.

- Aparıcılıq yeni karyera planınızdir? Artıq modellikdən əl çəkirsən?

- Modellikdən əsla sıxılmaram. Hər gün dua edirəm ki, bu işlə daha çox məşğul ola bilim. İşimi çox sevirəm. Amma başqa planlarım da var. Məsələn, aktrisalıq. Bir müddətdir bu sahədə dərs alıram. Hədəfim Kventin Tarantinonun filmində rol almaqdır. Onun heyranıyam, ümid edirəm ki, bu arzuma çatacağam.

- Ötən il sənin üçün yəqin ki, çətin oldu. Həyat yoldaşın səni qonşunla aldatdı. Ayrıldınız. Ancaq sən normal həyatına davam etdin. Bu qədər güclü olmağı necə bacarırsan?

- Analar güclü olurlar. Həyatdan gözlədiklərin fərqli olur. Həyatda övladdan başqa heç nəyin önəmli olmadığını anlayırsan. Hər şey keçib gedir. Kədərli olanda onları düşünərək özümü təsəlli edirəm.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm