Revmatizm ağrılarından xilas olun!
Bizi izləyin

Tabloid.az

Revmatizm ağrılarından xilas olun!

Revmatizm ağrıları insanları ən çox narahat edən problemlərdən biridir

Revmatizm ağrıları insanları ən çox narahat edən problemlərdən biridir. Gənc yaşlarda bu problemlə çox üzləşməsək də, bəzi istisnalar da olur.

Dizlərdə və ayaqlarda olan ağrı hissindən bəzi bitki mənşəli qarışımlarla xilas olmaq mümkündür. Bu məsləhətlər duzlaşmanın da qarşısını alacaq və sizi ağrılardan azad edəcək.

Aspirin

Revmatizm ağrılarına qarşı ən təsirli vasitələrdəndir.

Rozmarin yağı

Xaricdən revmatizm ağrılarını sakitləşdirmək üçün istifadə edilir. Bu yağı oynaqlara çəkib masaj etmək lazımdır.

Dəfnə yağı

Revmatizm ağrılarını sakitləşdirir. Bu yağı həm tək istifadə edə bilərsiniz, həm də revmatizm üçün faydalı digər yağlarla qarışdırıb çəkə bilərsiniz.

Alma

Gündə bir ədəd alma yemək lazımdır. Bu sizi ürək və qan dövranı problemlərindən qoruyacaq. Bədənə duz yığılmasının qarşısını aldığı üçün revmatizm ağrılarını aradan qaldırır.

Fısdıq ağacı

Bu yağı bir az qızdırıb oynaqlara çəkin. 10 dəqiqə masaj edin. Ağrıların azaldığını görəcəksiniz.

İtburnu

Bu bitkinin meyvələrindən çay dəmləyib içə bilərsiniz. Həftədə 3 dəfə bu çaydan içsəniz, revmatizmdən qaynaqlanan ağrılarınız azalacaq.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm