“Toyumuz sirki xatırladırdı” - Fotolar
Bizi izləyin

Tabloid.az

“Toyumuz sirki xatırladırdı” - Fotolar

Məşhur müğənni Cennifer Lopezin keçmiş həyat yoldaşı Kris Cadd onunla bağlı maraqlı açıqlamalar verib

Məşhur müğənni Cennifer Lopezin keçmiş həyat yoldaşı Kris Cadd onunla bağlı maraqlı açıqlamalar verib. O, müğənni ilə yaşayarkən qarşılaşdığı çətinliklərdən söz açıb:

“Bilirsiniz, Cennifer ilə birlikdə olmaq çox çətindir. Əgər onunla yaşamaq istəyirsənsə, şəxsi həyatından imtina etməlisən. Artıq normal insan deyilsən. Onunla birlikdə olmaq üçün öz fikirlərinin, arzularının, xəyallarının üzərindən xətt çəkməlisən. Bizim toyumuz sirki xatırladırdı”.

2001-ci ildə “Love don`t cost a thing” (“Sevgi qiymətsizdir”) adlı mahnının klipinin çəkilişi zamanı tanış olan Cennifer ilə Kris bir ay sonra ailə qurmuşdu.

Rəqqas Cenniferdən cəmi 9 ay sonra boşanmasının səbəbini də açıqlayıb. O, paparassilərin daim onları izləməsindən narahat olduğunu deyib. Kris Cadd Cenniferin digər münasibətlərinin də eyni səbəbdən uzun müddət davam etmədiyini vurğulayıb.

Kris 5 ildir ki, evlidir, 11 aylıq bir qızı var.

Ceylo isə Krisdən ayrıldıqdan sonra bir çox eşq macərası yaşayıb. Ben Affleklə nişanlanıb, daha sonra ondan ayrılaraq müğənni Mark Entoni ilə evlənib. 6 il ailəli olan Ceylo əkiz övladlarının olmasına baxmayaraq, boşanıb. Boşandıqdan sonra rəqqas Kasper Smartla görüşüb. Hazırda Cenniferin həyatında heç kim yoxdur.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm