"Mulberry" moda evinin zərif və şıq kolleksiyası - Fotolar
Bizi izləyin

Tabloid.az

"Mulberry" moda evinin zərif və şıq kolleksiyası - Fotolar

"Mulberry" moda evinin zərif və şıq kolleksiyası

"Mulberry" moda evinin yaz-yay 2015 kolleksiyası model Kara Delevinsiz baş tutub. Britaniyalı modelin başı qarışıq olduğu üçün dəfiləyə qatıla bilməyib. Amma kiçik kolleksiya Karanın dəstəyi olmadan da qonaqlara təqdim olunub. Xatırladaq ki, model xeyli vaxtdır ki, bu markanın simasıdır.

Sözügedən brendin yeni kolleksiyası London moda həftəsində nümayiş olunub. 22 obrazdan ibarət kifayət qədər sadə və zərif kolleksiya hazırlanıb. Qısa paltolar, mini ətəklər və qısaldılmış jaketlər, o cümlədən futbolkalar diqqət mərkəzində olmaq istəməyən, sadə geyim tərzinə üstünlük verənlərin seçimi olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm