Cem Yılmaz 8 gündə milyonlar qazanacaq – Foto
Bizi izləyin

Tabloid.az

Cem Yılmaz 8 gündə milyonlar qazanacaq – Foto

Şoumenin bu addımı fanatlarının etirazına səbəb oldu

Türkiyənin məşhur komediya ustası Cem Yılmaz yeni “Standart City” adlı şousundan təkcə Amerikada 900 min dollar gəlir əldə edəcək.

O, 4-12 oktyabr tarixlərində Nyu-Cersi, Nyu-York, Vaşinqton, Boston və Mayamidə stand-up (mono proqram) göstərəcək.

Biletlər 117-175 dollar arasında satılacaq. Cem Yılmaz bu hesabla hər dəfə 300-400 min dollar qazanacaq. Cem Yılmaz Amerikadan 900 min dollar (4 milyon 200 min lirə) ilə qayıdacaq.

Qeyd edək ki, şoumenin şoularını Türkiyədən öncə Amerikada təqdim etməsi bəzi fanatlarının narazılığına səbəb olub. Ancaq Cem bu mövzuda heç bir açıqlama verməyib.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm