Azərbaycanlı bəstəkarın yeni kompozisiyası “TRT Avazda” - Fotolar
Bizi izləyin

Tabloid.az

Azərbaycanlı bəstəkarın yeni kompozisiyası “TRT Avazda” - Fotolar

Bəstəkar Sevinc Tofiqqızının bəstələdiyi “Kalbim Türkiyem”adlı kompozisiyasının klipi “TRT-Avaz”da yayımlanmağa başlayıb.

Bəstəkar Sevinc Tofiqqızının bəstələdiyi “Kalbim Türkiyem”adlı kompozisiyasının klipi “TRT-Avaz”da yayımlanmağa başlayıb.

Bu barədə Tabloid.az-a açıqlama verən bəstəkar bildirib ki, klipin “TRT” telekanalında nümayişinə çox sevinib.

O, həmçinin klipin qardaş ölkənin telekanalında nümayiş olunmasında əməyi olanlara təşəkkür edib:

“Bu yaxınlarda Ankarada idim. “TRT”-nin keçmiş Bakı təmsilçisi Yüksel Değercanla görüşdük. O, hazırda “TRT-Avaz”da baş koordinator vəzifəsində çalışır. Yüksel bəylə söhbət zamanı mənə söylədi ki, “Kalbim Türkiyem” klipi “TRT-Avaz”da yayımlanacaq. Bunu eşidəndə çox sevindim”.

Qeyd edək ki, “Kalbim Türkiyem” adlı kompozisiyasının aranjemanı Osman Həmidova aiddir. Skripkada əməkdar artist Səlim Abbasov ifa edib.

Klipin rejissoru və montajı İntiqam Dadaşova, operator işi isə Emin Qaraşlıya aiddir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm