Prezidentin cazibədar sevgilisinin stilləri - Fotolar
Bizi izləyin

Tabloid.az

Prezidentin cazibədar sevgilisinin stilləri - Fotolar

Alina Kabayevanın ən cazibədar stilləri

“Vahid Rusiya” Partiyasının keçmiş deputatı, məşhur gimnast Alina Kabayeva “Milli Media Qrup”un direktorlar şurasının sədr vəzifəsini tutacaq.

Tabloid.az İTAR-TASS xəbər agentliyinə istinadən xəbər verir ki, bu barədə “Milli Media Qrupu”nun mətbuat xidməti bildirib.

Altı il ərzində “Milli Media Qrup” şirkətinin İctimai Şurasına başçılıq etmiş Alina Kabayeva şirkətin direktorlar şurasının sədri vəzifəsini tutması barədə təklifi qəbul edib. Qeyd edək ki, Alina Kabayeva bu gün öz istəyi ilə Dövlət Dumasının deputatı vəzifəsindən istefa verib. “Milli Media Qrup” isə Rusiyanın ən böyük media holdinqlərindən biridir.

Tabloid.az bu icmalda Rusiya prezidentinin sevgilisi olduğu iddia edilən Alina Kabayevanın dəbə münasibəti və gözəllik sirləri haqqında məlumatları təqdim edir:

Gimnastika kraliçasının stili və gözəllik sirləri

Əfsanəvi gimnast idmanla sağollaşıb millət vəkili seçiləndən sonra stilində köklü dəyişiklik edir. İdman karyerasını başa vuran Alina demək olar ki, müsahibə vermir, nadir hallarda ictimai yerlərdə görünür. Bu baxımdan onun stilini təhlil edib, geniş şərh vermək mümkün deyil. Lakin o, işıq üzünə çıxırsa, parlaq və daha incə üslubda hazırlanan geyimlər üzərində dayanır, işgüzar obrazlara üstünlük versə də, darıxdırıcı görünmür.

Onun “Vogue” jurnalının üz qabığına çəkilməsi də əsl sensasiya doğurmuşdu. Bu müsahibədə “Victoria Beckham”, “Emilio Pucci”, “Hervé Léger”, “Balmain” kimi moda evlərinin sevimli brendləri olduğunu söyləmişdi. “Anamın sevimlisi olduğum üçün məni hər zaman, hətta evdə də gözəl geyindirirdi. Atam futbolçu olsa da, yaxşı zövqü var idi, səfərdən qayıdanda mənə həmişə qəşəng paltarlar gətirərdi. Əgər nə isə qazanırdımsa, son qəpiyinə qədər pulların hamısını paltara xərcləyirdim. Əlavə gözəlliyə ehtiyacım yoxdur, lakin parıltılı geyimləri xoşlayıram. Mənim öz tərzim var. Moda gəlir və qayıdır, stil isə hər zaman qalır”.

Hətta yarışlarda geyindiyi kostyumlarda da qlamur görünməyə can atan Kabayeva deputat olduqdan sonra ciddi iş geyimlərində görünür. “Oraya dekoltedə gələ bilməzsən. Bu işə və həmkarlarıma hörmət edirəm. Gənc olsam, parlaq paltarları sevsəm də, ciddilikdən kənara çıxmaq istəmirəm”.

O, klassik və daha ciddi tərzdə də şıq görünməyi bacarır. Bir az qapalı, bir qədər təvazökar, amma olduqca müasir və cəlbedici geyinir. Həmçinin müraciət etdiyi rəng çalarları da müxtəlifdir. İşgüzar üslubda da özünə ciddiliyin və individuallığın ahəngini yaratmaq imkanı verir. Ciddi fason, amma qeyri-ənənəvi rəng tonu, klassik biçim (yaxalığın quruluşu, ciblərin forması, zərif broşlar), yaxud bəzək bir detal əlavə edir. Ayrı-ayrı elementləri bütünləşdirməyi sevsə də, öz stilinə qalmağa cəhd edir.

Bədii gimnastikanın kraliçası qidalanmasına da xüsusi fikri verir. Arıqlamaq istəyəndə qarabaşaq, su və meyvə ilə qidalanır. Yaşıl çay içir. Balıq və toyuq yeməklərini xoşlayır.

Alina Kabayeva Ornella Mutiyə bənzədiyi üçün gözəlliyi tez-tez alovlu italiyan aktrisası ilə müqayisə edilir.

İdman karyerasına həmişəlik əlvida desə də, işdən sonra yorğunluğu gimnastika ilə atır. Həftədə iki dəfə idmanla məşğul olur. “Mən super qadın deyiləm, lakin gimnastikasız yaşaya bilmərəm. Əgər mütəmadi olaraq məşğul olmasam, müəyyən vərdişləri itirə bilərəm. Ciddi pəhriz saxlayırsınızsa, idmanla məşğul olmaq olmaz. Çünki halsızlıq yarada bilər.”

Prezidentin sevgilisi

Kabayevanın adı dünyanın ən seksual siyasətçilərinin reytinqinə dəfələrlə başçılıq edib ki, bu da onun şəxsi həyatına daha böyük marağa səbəb olur. Putinin tanınmış gimnast qadın, hazırda DUMA-nın keşmiş deputatı olan Alina Kabayeva ilə münasibəti barədə yerli və əcnəbi mətbuatda bir çox yazılar dərc edilib. Hətta onları birləşdirən iki uşaqlarının olduğu iddia edilsə də, hər ikisi sevgili olduqlarını inadla inkar edirlər. Bütün bu söz-söhbətlərə baxmayaraq bu fakt hələ ki, təsdiqini tapmayıb. Alina özü müsahibəsində həyatında başqası olduğunu söyləyib. “Şükürlər olsun ki, həyatımda sevdiyim insan var və çox xoşbəxtəm. Sevginin əhatəsində yaşayıram. Amma çox sevinmək də olmaz. Çünki sən xoşbəxtliyini ürküdə bilərsən... ” (Rusiya mətbuatına verdiyi müsahibədən)

Öz ölkəmə görə, xəcalət çəkmirəm

Bu cür söz-söhbət böyük qalmaqala səbəb olsa da, idmançının məşhurluğunun xeyrinə işləyir. Alina Rusiyanın ən varlı qadınları siyahısına da daxildir. Rus mətbuatı onun 2013-cü ildə 10,7 milyon rus rublu qazandığını iddia edir. “Mənim çiyinlərimdə böyük idman karyerası yatır və mən reklamdan da gəlir əldə edirəm. Bu sıfırlar buradan qaynaqlanır. Kasıb deyiləm, lakin qazandığım pullar ağır zəhmətimin bəhrəsidir. İnsan haqqları və qanunlar pozulursa, mən ədalətin bərpa olunmasına çalışıram. Buna qanuni yolla nail oluram. Məmurlara çata bilməyən insanların müxtəlif problemlərini həll edirəm. Hələ idmançı olanda mənə hərdən bədii gimnastikaya pul ayrılması üçün hər hansı qubernatora müraciət etməyi xahiş edirdilər. Onlara bu məsələ ilə bağlı müraciət edəndə bəzən xahişimi yerinə yetirir, bəzən isə yerinə yetirmirdilər. Lakin qanunla nəzərdə tutulmuş səlahiyyətləri olan Dövlət Dumasının deputatına etiraz etmək artıq çətin məsələdir”.

Mən prezidenti həmişə dəstəkləmişəm və hörmət edirəm. Zaman göstərir ki, biz düz seçim etmişik. Onunla aramızda gəzən söz-söhbətləri jurnal və qəzet redaktorları reytinqlərini qaldırmaq üçün yayırlar. Bir qadın kimi mənə çox pis təsir edir. İnternetdə yayılan bu cür xəbərlərə hərdən gülüb keçirəm. O, kiminsə xoşuna gələ, kiminsə xoşuna gəlməyə bilər. Bunu normal qəbul etmək lazımdır. Lakin bu danılmaz faktdır ki, Rusiyada əhalinin mütləq əksəriyyəti Putini bu gün də dəstəkləyir. İnsanlar ölkədə xeyli dəyişikliyin baş verdiyini, beynəlxalq aləmdə səsinin gücləndiyini görürlər. İdman sahəsi daha inkişaf edir... Öz ölkəmə görə, xəcalət çəkmirəm!” (Rusiya mətbuatına verdiyi müsahibədən)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm