Tarkan qəzaya düşdü - Fotolar
Bizi izləyin

Tabloid.az

Tarkan qəzaya düşdü - Fotolar

Türkiyənin meqastarı Tarkan uzun müddətdən sonra ilk dəfə sevgilisi ilə görüntülənib

Türkiyənin meqastarı Tarkan uzun müddətdən sonra ilk dəfə sevgilisi ilə görüntülənib.

Sevgilisi ilə İstanbulun Bəbək sahilində gecə gəzintisinə çıxan müğənni paparassiləri görəndə özünü itirib. Onlara yaxalanmamaq istəmədiyi üçün avtomobilini yolun əks istiqaməti ilə sürərək oradan uzaqlaşmağa çalışıb.

Pop ulduz bu zaman avtomobilini hərəkətsiz dayanan başqa bir maşına çırpıb. Nəticədə hər iki avtomobilə ziyan dəyib. Tarkanın avtomobilinin aynası sınıb, digər avtomobil isə əzilib.

Meqastar hadisə yerindən uzaqlaşdıqdan sonra digər avtomobilin sahibinə zəng vurub. O, dəyən ziyanı ən qısa zamanda qarşılayacağını bildirib.

Tabloid.az qəza anından fotoları təqdim edir:

Oxumağa davam et
Reklam
Reklam

Gündəm