Tabloid.az
Yağışlı havada necə makiyaj etməli?
Payız ayları adətən yağışlı keçir. Yağış qadınların makiyajının axmasına və istənilməyən nəticələrə səbəb olur. Bəs gözəlliyinizi yağışlı havada da nümayiş etdirə bilmək üçün makiyajı necə etməlisiniz?
Bu sualın cavabını Tabloid.az-ın bu yazısında tapacaqsınız.
Suya davamlı tonal krem çəkin
Yağışlı havalarda tonal krem çəkmək problemlərə səbəb ola bilir. Çünki su dəyəndə tonal krem axır və dərinin rəngi korlanır. Ona görə də belə havalarda suya davamlı tonal kremlərdən istifadə etmək lazımdır.
Tonal krem çəkməyi xoşlamayanlar keyfiyyətli məhsul istehsal edən brendlərin “BB” və “CC” kremlərindən istifadə edə bilərlər.
Suya davamlı tuş çəkin
Tonal krem kimi tuş da yağışla təmasa keçdikdə axır və göz altlarının qaralmasına səbəb olur. Belə hallarla üzləşmək istəmirsinizsə, mütləq suya davamlı tuş çəkin. Göz qələminiz və layneriniz də suya davamlı olmalıdır.
Krem şəklindəki ənliklərdən istifadə edin
Toz şəklindəki ənliklər yağışlı havalarda qalıcı olmur. Əgər makiyajınızın evdən çıxdıqdan beş dəqiqə sonra pozulmasını istəmirsinizsə, krem ənliklərə üstünlük verin.
Baza kremdən istifadə edin
Makiyajınızın hər hava şəraitinə dözümlü olması üçün mütləq Primerdən istifadə etməlisiniz. Bu kosmetik vasitəni makiyajdan öncə təmiz dəriyə çəkmək lazımdır. Daha sonra tonal krem və digər kosmetik vasitələri çəkə bilərsiniz. Bu krem makiyajın üzdə qalıcı olmasında böyük rol oynayır.
Tabloid.az
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...