Rafet El Roman evlənməyib – Şok iddia
Bizi izləyin

Tabloid.az

Rafet El Roman evlənməyib – Şok iddia

Cerenlə Rafetin şəxsiyyət vəsiqələrində hələ də subay olduqları yazılır

Türkiyəli müğənni Rafet El Roman haqqındakı şok iddia Türkiyənin şou-biznes aləmini bir-birinə qatıb.

İyulun 16-da sevgilisi Ceren Kalpakarslanla Almaniyada ailə quran Rafetin nikahının Türkiyədə qanuni sayılmadığı iddia edilir.

İki ay öncə evlənən Cerenlə Rafetin şəxsiyyət vəsiqələrində hələ də subay olduqları yazılır.

Nikahının saxta olması ilə bağlı şayiələrə Rafet bu cavabı verib:

“Biz xoşbəxtik. Pis niyyətli iddialar mənim vecimə deyil. Heç kimə evli olduğumu sübut etməyə məcbur deyiləm. Mən və həyat yoldaşım həqiqəti bilirik. Mən nikahımızın Türkiyədə qeydiyyata alınıb-alınmadığını bilmirəm, bu mövzu ilə maraqlanmamışam”.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm