• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Qadın belinin incəliyini vurğulayan kəmər dəbi - Fotolar

Qadın belinin incəliyini vurğulayan kəmər dəbi - Fotolar

Geyim kombinasiyanızı tamamlamaq üçün aksessuarların nə qədər əhəmiyyətli olduğunu hər fürsətdə xatırladırıq. Bəlkə də evdəki kəmərlərinizin nə qədər qəşəng olduğunun fərqində deyilsiniz!

Bu il dəri kəmərlərdən başqa, metal kəmərlər də dəbdədir. Bir neçə mövsümdür ki, nazik dəri kəmərlər dəbdə idi. İndi isə metaldan hazırlanmış incə kəmərlər gündəmə gəlib. Qızılı və gümüşü rəngli metal kəmərlər ilin trendinə çevriləcək.

Kəmər qadına gözəllik verməklə yanaşı bədən şəklinlə, paltarların bir-birinə uyğunlaşmasını da təmin edən bənzərsiz bir aksesuardır. Bu ilin ən moda kəmərlərini necə istifadə edəcəyinizi bilirsinizmi?

Midi ətəklərlə: Keçən qışdan bu yana midi ətək dəbi davam edir. Bu ətəkləri incə metal kəmərlərlə kombinləyə bilərsiniz. Kəmərlərin qalın, orta və ya incə modelləri də var. Amma incə kəmərlər daha zərif görünür.

Qələm ətəklər, hündür belli şalvarlar və yun köynəklər: Sadalanan geyimlərin üstündən taxa biləcəyiniz bu kəmərləri parlaq metaldan hazırlanan aksessuarlar, çantalarla birlikdə istifadə etməyin. Çünki yad planetlilər kimi görünə bilərsiniz. Sadə geyimlərdə istifadə etmək daha çox məqsədəuyğundur.

Önü açıq köynək və jaketlərlə: Damalı köynəkləri jaket kimi istifadə edin. Belinizin incəliyini vurğulamaq üçün mütləq kəmər taxın. Orta qalınlıqda kəmərlər damalı köynəklərlə ideal görünür.

Yun köynəklərlə: Yun sviterlər mövsümün əsas parçalarından biridir. Bol sviterlərə şıqlıq bəxş etmək üçün ona zərif kəmər əlavə edin.

Donlarla: Kəmərlər əksər hallarda istənilən donlarla uyğun gəlir. Donun modelinin nə cür olmasından asılı olmayaraq, belinizə kəmər taxdığınız zaman stilinizə zövqlü əllərin toxunduğu hiss olunur.

узел

классика

Bleyzer pencək: Ofis stili üçün gözəl seçimdir. Pencəyinizə fərqli hava vermək üçün kəmərlərdən faydalana bilərsiniz. Pencəklərdə incə kəmərlər istifadə edilən zaman daha gözəl nəticələr əldə etmək mümkündür. Kəməri jiletlərin də belinə dolaya bilərsiniz.

Palto və plaşlarda: Paltonun öz kəməri olsa da, olmasa da, rənginə və tərzinə uyğun olan kəmərlə heyranedici şıqlıq əldə etmək mümkündür. Bu kəmərlər belinizin incəliyini üzə çıxarır. Hətta qalın paltolarda da qüsursuz gözəllik əldə etmək mümkündür.

1234

микс1

Sizə ən uyğun kəmər hansıdır?

Korset kəmər: Bədəninizə qum saatı görünüşü qazandıran korset kəmərlər, belinizi incə göstərərkən, ombalarınızı ön plana çıxarır. Bu səbəblə ombalarını olduğundan daha geniş göstərmək istəyənlər üçün idealdır. Eyni zamanda hündür belli şalvarlarla kombinlənən korset kəmərlər ayaq boyunu olduğundan daha uzun göstərir. Gözə dəyən xüsusiyyəti özündə daşıyan bu kəmərləri düz geyimlərlə kombinləmənizi tövsiyə edərik. Lakin onları cins şalvarlarla birləşdirməkdən uzaq dayanmanızı təklif edirik.

самые красивые ремни и пояса осень-зима 2013-2014 фото

Корсетный женский ремень, фото

Qum saatı görünüşü əldə etmək üçün geniş görünüşlü bir kəmərinizin olması kifayətdir. İki sadə parça arasında bəzəkli və dəbdəbəli bir keçid yarada bilərsiniz. Üstəlik, heç əlaqəsi olmayan alt və üst paltarlarınız bir kəmərlə bir araya gələ bilər.

İp kəmər: Dənizçi trendi ilin öndə gələn trendlerindəndir və siz də bu havanı tutmaq istəyirsinizsə, ip kəmərlər tam sizə görə bir aksessuardır.

на бок

Hörülmüş kəmər: Hörülmüş kəmərlər, gündəlik paltarlarınızın demək olar ki, hamısı ilə uzalşır. Cins, şort, ətək, paltar və digər geyimlərdə istədiyiniz kimi istifadə edə bilərsiniz. Xüsusilə dəridən hörülümüş kəmərlər cinslərlə mükəmməl bir kombinasiya yaradar.

Модный женский ремень 2014

Zəncir kəmər: Gecə dəvətlərində istifadə edə biləcəyiniz zəncir kəmərlər paltara gözəl bir toxunuş qatır. Hündür belli qələm ətəklərlə və ya bədəninizə oturan düz, qara bir paltarla istifadə edə bilərsiniz. Zəncir rənginin bjuteriyalarınızla uyğun olmasına diqqət göstərməlisiniz.

Модные женские ремни и пояса 2014

Женские ремни и пояса 2014

Daş-qaşlı kəmər: Bu mövsüm hər yerdə bol-bol parlaq daşlar istifadə edilir. Belə bir kəməriniz mütləq olmalıdır. Xüsusilə düz və rəng qatmaq istədiyiniz gecə paltarlarınız üçün incə, daş-qaşlı kəmər istifadə edə bilərsiniz. Hər hansı bir çantanı paltarınıza uyğunlaşdırmaq üçün kəmərlərin gücündən faydalanın.

Женские ремни и пояса 2014

Rəngli kəmərlər: Rəngli kəmərlərdən adətən moda haqqında kifayət qədər bilgisi olan, yaxud öz zövqünə güvənən xanımlar istifadə edirlər. Paltarınızdakı detalları ön plana çıxarmaq üçün rəngli kəmər istifadə edin. Çox canlı bir rəng seçirsinizsə, iri kəmərlərdən uzaq durun.

Женские ремни и пояса 2014

Модный женский ремень 2014

Gündəlik kəmər: Belə bir kəmərə bütün qadınların hər zaman ehtiyacı var. Bir kəmər istifadə edərək, özünüzə sadə və şıq obraz yarada bilərsiniz. Təməl rənglərdə və sadə kəmərlər hər bir qadının qarderobunda yer almalıdır.

Модный женский ремень 2014

Xəbər lenti

DAHA ÇOX XƏBƏR