Bakıda VI Beynəlxalq Musiqi Festivalı keçiriləcək
Bizi izləyin

Tabloid.az

Bakıda VI Beynəlxalq Musiqi Festivalı keçiriləcək

Heydər Əliyev Fondunun və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə bu il sentyabrın 18-dən 28-dək Bakıda ənənəvi Üzeyir Hacıbəyli VI Beynəlxalq Musiqi Festivalı keçiriləcək.

Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə bu il sentyabrın 18-dən 28-dək Bakıda ənənəvi Üzeyir Hacıbəyli VI Beynəlxalq Musiqi Festivalı keçiriləcək.

Tabloid.az Fondun rəsmi saytına istinadən xəbər verir ki, festivalda Rusiya, Belarus, Belçika, Litva, Latviya, Hollandiya, Avstraliyadan 55 tanınmış musiqiçi və kollektiv iştirak edəcək.

Onların arasında Belarus Respublikasının Dövlət Kamera Orkestri, “Arirang” nəfəs alətləri kvinteti, “Avstraliyanın gənc virtuozları” ansamblı, Yevgeni Buşkov, İlya Qrubert, Aleksandr Novosyolov, Lüdmila Trifonova, Kseniya Knorre, Andris Vecumniyeks, Kasparas Uinskas, Vladimir Qromov, eyni zamanda, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestri, Azərbaycan Dövlət xor kapellası, Azərbaycan Dövlət xalq çalğı alətləri orkestri, Q.Qarayev adına Dövlət kamera orkestri, ölkəmizin tanınmış incəsənət ustaları, gənc istedadlı musiqiçilər və digərləri var.

Festivalın konsertləri Azərbaycan Dövlət Filarmoniyasında, Beynəlxalq Muğam Mərkəzində, Dövlət kamera və orqan musiqisi zalında, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında, Azərbaycan Bəstəkarlar İttifaqında, Musiqi Mədəniyyəti Dövlət Muzeyində, Ağcabədi rayon “Qarabağ” Muğam Mərkəzində keçiriləcək.

Festival çərçivəsində Bakının musiqi tədrisi ocaqlarında ustad dərslərinin təşkili də planlaşdırılır.

Həmin günlərdə musiqisevərlər üçün Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında V.A.Mosartın “Fiqaronun toyu” operasının premyerası nümayiş olunacaq, Azərbaycan Dövlət Filarmoniyasında görkəmli bəstəkarımız Süleyman Ələsgərovun 90 illiyinə həsr olunmuş yubiley konsert təqdim ediləcək.

Festival çərçivəsində Azərbaycan Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə “Türk xalqlarının musiqisi ortaq dəyərlər müstəvisində” mövzusunda elmi-praktik konfrans, “Trio-klassik” ansamblının konserti və “Muğam Ensiklopediyası”nın (rus dilində nəşri) təqdimat mərasimi də keçiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm