İki millət vəkilindən bir mahnı - Fotolar
Bizi izləyin

Tabloid.az

İki millət vəkilindən bir mahnı - Fotolar

Millət vəkili, bəstəkar Novruz Aslan yaradıcılığının yeni məhsulunu təqdim edir. O, millət vəkili Eldar Allahyaroğlunun sözlərinə “Qızılgülüm” adlı şeirinə mahnı bəstələyib.

Millət vəkili, bəstəkar Novruz Aslan yaradıcılığının yeni məhsulunu təqdim edir. O, millət vəkili Eldar Allahyaroğlunun sözlərinə “Qızılgülüm” adlı şeirinə mahnı bəstələyib.

Azərbaycanda hələ ki, qızılgülə mahnı olmadığını düşünən bəstəkar mahnını müğənni Sevinc Musayevaya təqdim edib. Ritmik şən mahnı sevgi və xoşbəxtlik rəmzi olan qızılgülü sevənlər üçün maraqlı olacaq. Artıq mahnının klipi də ekranlaşdırılıb. Rejissor Nail Naiboğlu mahnının sözlərinə və ritminə uyğun əlvan dekor və səhnələr qurub. Sevinc Musayeva isə qızılgüllərdən don geyinərək kameralar önünə keçib.

Sənətçimizin geyimlərinin müəllifi modelyer Şəlalə Maqsudova, stilist isə Nura Babayevadır. Müğənni klipin çox dinamik, əlvan və sevgi dolu olduğunu bildirib:

“Mahnının sözləri çox sadə, asan və diləyatımlıdır. Əslində bu cür mahnılar üçün sözlər məhz belə olmalıdır. Novruz Aslan isə həmişə olduğu kimi müasir və maraqlı bir bəstə ərsəyə gətirib” .

Oxumağa davam et
Reklam
Reklam

Gündəm