"Gucci" moda evinin eleqant və şıq kolleksiyası - Fotolar
Bizi izləyin

Tabloid.az

"Gucci" moda evinin eleqant və şıq kolleksiyası - Fotolar

"Gucci" moda evinin eleqant və şıq kolleksiyası

Nyu-York və London moda həftələrindən sonra Milan moda həftəsinə sürətli start verilib. Milanda start götürən moda həftəsinin ən önəmli şoularından biri - "Gucci"-nin yaz-yay 2015 kolleksiyası oldu. İtaliyanın əksər markaları kimi "Gucci" bu kolleksiyada seksual və kəskin biçimli cins parçalara böyük verib. "Gucci" moda evinin kreativ direktoru Frida Canini qonaqlara əsasən, denim (cins) geyimlərin daxil olduğu kolleksiya ilə tanış edib. Ayaqqabı və çantalarda ilan dərisindən işləmələr isə onlara xüsusi gözəllik bəxş edir.

Dizayner rəngarəng yaz-yay dəbinin fonunda mövsüm üçün qeyri-standart olan xəzlərə, zamşa parçalara da yer verib.

Bu il bütün dizaynerlər elə bil ki, sözləşiblər. Əksəriyyəti 2015 yaz-yay kolleksiyasında 60-70-ci illərin dəbindən ilham alıblar. Kolleksiyada əsas diqqət bohem tərzinə yönəldilib. Frida Canini bu kolleksiyasında keçən ildən bəri gündəmə gələn hippi trendini möhkəmləndirməyə qərar verib. Dizaynerin ilham pərisi isə 70-ci illərin gözəl aktrisası və modeli Eli Makqrou olub.

Dizayner rəng palitrasında özünü qətiyyən məhdudlaşdırmayıb. Lakin "Gucci"nin yeni kolleksiyasında o dövrə aid tipik və rəngbərəng paltarlar, parlaq təsvirlər öz sözünü desə də, Canini siluetlərdə moda evinə xas olan ciddiliyi və rəsmiyyəti qoruyub saxlamaq istəyib. Dizayner ciddi cəhdlə öz eleqant stilinə sadiq qalmağa çalışıb. Məhz buna görə də, kolleksiyaya enli şalvarlar, üzərində iri düymələri olan paltoları da daxil edib.

Tabloid.az yeni kolleksiyanın fotolarını təqdim edir:

Oxumağa davam et
Reklam
Reklam

Gündəm