Con Travolta homoseksualdır? – Fotolar
Bizi izləyin

Tabloid.az

Con Travolta homoseksualdır? – Fotolar

Məşhur aktyor Con Travolta homoseksual olduğu ilə bağlı iddialara ilk dəfə cavab verib

Məşhur aktyor Con Travolta homoseksual olduğu ilə bağlı iddialara ilk dəfə cavab verib.

“The Daily Beast” qəzetinə açıqlama verən aktyor dedi-qodulara məhəl qoymadığını bildirib:

"Nə danışdıqları məni maraqlandırmır. Başqa bir məşhur olsa daha sərt reaksiya göstərərdi. Ancaq mən mətbuata reaksiya verməməyi öyrənmişəm. Çünki belə şayiələrin qarşısını ala bilmirəm. Deyəsən, elə buna görə də bu şayiələr hələ də insanları narahat edir”.

Aktyor oğlunu itirdiyi bir dövrdə bu tip şayiələrin yayılmasının onu çox incitdiyini vurğulayıb:

“Oğlumu itirdiyim bir vaxt da belə iddiaların ortaya atılması məni çox əsəbiləşdirdi. Sekslə bağlı məsələlər həmişə kimlərinsə diqqətini cəlb edəcək. Ailəmdən uzaq durun. Hamısının olmasa da, bəzi media orqanlarının mənə qarşı düşmən kimi davrandıqlarını hiss edirəm. Beldən aşağı vurmağa çalışırlar”.

Xatırladaq ki, Hollivudun ən təcrübəli aktyorlarından olan Con Travoltanın keçmiş pilotu Daqlas Qotterba ilə münasibətinin olduğu ilə bağlı şayiələr yayılmışdı. Onların öpüşərkən çəkilən fotoları isə bu iddiaları daha da gücləndirmişdi.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm