Aygün: “Onu öldürmək istəyirdim” - Video
Bizi izləyin

Tabloid.az

Aygün: “Onu öldürmək istəyirdim” - Video

Aygün Kazımova dodağında keçirdiyi uğursuz estetik əməliyyatından danışıb.

Aygün Kazımova dodağında keçirdiyi uğursuz estetik əməliyyatından danışıb.

Tabloid.az xəbər verir ki, xalq artisti “Düzünü desək” verilişinə açıqlamasında hətta insanlardan qaçıb-gizləndiyini deyib:

“Görünüşümü dəyişmək istədim, buna görə də dodaqlarımı şişirtdim. Sonra iri dodaqlardan bezdim. Neçə dəfə əməliyyat etdirdim. Daha sonra yanlış əməliyyat olundum. Həkim məni aldatdı. Nə qədər onu reklam etdim. Buna peşman oldum. Çünki yüzlərlə insan onun yanına getdi. Elə bir dərəcəyə gəlib çıxmışdım ki, onu öldürmək istəyirdim. Halbuki o türk həkim mənə nələr vəd etmişdi. Maraqlıdır ki, həmin həkim hələ də Azərbaycanda işləyir. Nə qədər insanları aldadır. Depressiyaya düşdüm, İstanbula getdim. Özümü heç kimə göstərmədim. Neçə dəfə ağır əməliyyatlar keçirdim, böyük ağrılar çəkdim. Bu problem aradan qalxmaya da bilərdi. Amma şükür ki, gözəlliyimi geri qaytara bildim”.

Qeyd edək ki, Aygün Kazımova dəfələrlə bədəninin müxtəlif hissələrində, həmçinin üz nahiyəsində estetik əməliyyat keçirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm