Qışda saçların parlaq və gözəl görünməsi üçün məsləhətlər
Bizi izləyin

Tabloid.az

Qışda saçların parlaq və gözəl görünməsi üçün məsləhətlər

Qışda saçların parlaq və gözəl görünməsi üçün məsləhətlər

Qışda saçların problemləri artır: həddən artıq quruluq və elektrikləşmə, saçqıran, kəpək və s. Yağış, qar, hava çirkliliyi saç diblərinə təsir göstərərək, canlılığını itirməsinə səbəb olur. Bu aylarda yağlı saçlar daha da yağlanır, quru saçlar isə əksinə, çox quruyur. Ümumiyyətlə, soyuq aylarda ən çox quru və zəif saçlar zərər görür. Belə saçlara sahib qadınlar qidalandırıcı şampunlardan istifadə etsələr, yaxşı olar.

Dümdüz və sərt saçlar

Sağlam saçlar hər zaman parlayır. Bəs saçların sağlam, parlaq və həcmli olması üçün nələr etməliyik? Saçların qırılmasının və haçalanmasının qarşısını almaq üçün nələrdən istifadə etməliyik və nələr yeməliyik? Tabloid.az bütün bu suallara aydınlıq gətirib.

Saçların parıldaması üçün çox əlləşmək lazım deyil. Yəni, göz qamaşdırıcı olmaq üçün illüziyalara gərək yoxdur.

Çoxlu salat yeyin

Saçların gözəl olması üçün istifadə etdiyimiz saçlara qulluq vasitələri yetərli deyil. Belə ki, qidalanmanın da burada rolu çox böyükdür. Dermatoloqlar parlaq saçlara sahib olmaq üçün meyvə və tərəvəz yeməyi məsləhət görürlər. Lakin salat dedikdə tərkibinə bol xama və mayonez qatılan salatlar nəzərdə tutulmur.

Bitki yağlarından istifadə edin

Arqan yağı kimi saç gücləndirən və parıldadan serumlardan istifadə edin. Zeytun və arqan yağı saçları qidalandırır və daha parıltılı edir. Bir ay ərzində saçın uzunluğunda və həcmində dəyişikliyi müşahidə edəcəksiniz.

Saçlarınızı düzgün yuyun

Təəssüf ki, bütün saçların toxumaları eyni deyil. Bəzi saçlar isti suya dayanıqlıdır, bəziləri isə daha soyuq suda yuyulmalıdır. Normalda saçları isti su ilə yumaq tövsiyə olunmur. İlıq su ilə yuyulan saçlar daha canlı və parlaq olur.

Saç dərisi çox quruduqda baş tez-tez qaşınır və gicişir. Bu cür dəridən kəpəyə oxşar hissəciklər qopub tökülür. Çoxları həmin bu dəri hissəciklərini kəpəklə səhv salırlar. Dəridən qopan bu hissəciklər kəpəkdən kiçik olur və pudranı xatırladır. Həmin hissəciklərdən yaxa qurtarmaq üçün tərkibində sink olan şampunlardan istifadə etmək məsləhətdir. Bu cür şampunlar həm göbələyi məhv edir, həm də quru baş dərisini yumşaldır.

Bir çox qadınlar başlarını yuyarkən şampundan çox istifadə edirlər. Bununla saçlarının daha təmiz və təravətli olacağını düşünürlər. Əslində çox tökülən şampun yaxşı yaxalanmadıqda kəpəyin yaranmasına səbəb ola bilər. Saç tipinə uyğun olan təbii tərkibli şampunlardan istifadə edin.

Saçları yuduqdan sonra hələ nəmli ikən qidalandırıcı krem çəkərək, dəsmal köməkliyi ilə masaj edə bilərsiniz. Ümumiyyətlə, saç dərisinə yüngül hərəkətlərlə masaj etmək qan dövranını tənzimləyəcək, saçları qidalandıracaq.

Slikon

Saçların daha həcmli görünməsini təmin saç spreyləri var. Düzgün vasitədən istifadə etdiyiniz zaman saç daha az zədələnir.

E vitamini

Tərkibində E vitamini olan kremlər də saçlara yaxşı təsir göstərir. Eyni zamanda, tərkibində E vitamini olan qidalara da üstünlük vermək olar.

Düzgün daraq

Saçları yuyan zaman daramaq istəsəniz də, istəməsəniz də onların qırılmasına səbəb olur. Dişləri təbii olan daraqlara üstünlük verin. Axşamlar yatmazdan əvvəl saçları daramağı unutmayın. Xüsusilə taxta daraqlar baş dərisinin qan dövranını sürətləndirir.

Saç qurudan vasitələr

Saçları qurutmamış çölə çıxmaq düzgün deyil. Çünki soyuq hava saçları donduraraq, qırılmasına səbəb olur. Lakin qış aylarında mümkün saç qurutma vasitələrindən həddindən artıq çox da istifadə etmək olmaz. İstifadə etdikdə isə əvvəlcə qidalandırıcı və nəmləndirici kremlərin çəkilməsi məsləhətdir.

Papaqlar

Qış aylarında istifadə etdiyiniz papaq və ya şalın başınızı çox sıxmamasına diqqət yetirin. Çünki sıx olduqda baş dərisində qan dövranı pozular və bu saçlara zərər verər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm