Dəriyə parlaqlıq bəxş etməyin ən asan yolu
Bizi izləyin

Tabloid.az

Dəriyə parlaqlıq bəxş etməyin ən asan yolu

Susuzluq problemi ilə dünya xanımlarının 90 faizi rastlaşır. Susuzlamış dəri nəmliyi az olan dəridir. Hər birimiz də yaxşı bilirik ki, su həyat və cavanlığın mənbəyidir. Tabloid.az xəbər verir ki, əsas problem xanımların quru və susuzlamış dəri anlayışla

Susuzluq problemi ilə dünya xanımlarının 90 faizi rastlaşır. Susuzlamış dəri nəmliyi az olan dəridir. Hər birimiz də yaxşı bilirik ki, su həyat və cavanlığın mənbəyidir. Tabloid.az xəbər verir ki, əsas problem xanımların quru və susuzlamış dəri anlayışlarını eyni tutmalarıdır. Bu isə tamamilə yanlışdır.

Susuzlamış dəri problem ilə həm quru, həm də yağlı dəri sahibləri rastlaşa bilər. Qulluq zamanı fərq ondan ibarətdir ki, quru dərini həm nəmləndirmək, həm də qidalandırmaq, yağlı dərini isə sadəcə nəmləndirmək kifayətdir.

Onu da unutmamalıyıq ki, yalnız qidalandırıcı kremdən istifadə susuzlamış dəri problemini həll edə bilməz.

Problemi aşkar etdikdən sonra onun hansı səbəbdən yaranmasını araşdırmaq lazımdır. Səbəblər çox ola bilər. Kondisionerli hava şəraitində, günün 1/3 hissəsini kompüter önündə keçirən ofis işçiləri bir nömrəli zərərçəkənlərdir.

Zərərçəkənlərin sırasına solyari sevənləri, günəş altında uzun müddət qalmağı xoşlayanları, pəhriz sevənləri, üzlərini su və sabunla yuyanları, vitamin çatışmazlığından əziyyət çəkənləri, yuxusuzluq problemi ilə üzləşənləri, stress yaşayanları və siqaret çəkənləri də əlavə etmək olar.

Əgər dərinizin susuzluqdan əziyyət çəkməsindən şübhələnirsinizsə, o zaman bunu müəyyən etmək üçün bir neçə amilə diqqət yetirin.

Normal, quru və qarışıq dəri (quru nahiyələrlə) susuzluqla üzləşərsə, solğun görünür, toxunuş zamanı nahamar olur, həmçinin dodaq ətrafı, burunun ucu və çənə sümükləri nahiyəsi qabıqlanır.

Qarışıq (yağlı nahiyələrlə) və yağlı dəri susuzluqla üzləşərsə, rəngi bozlaşır, dəridə olan məsamələr daha çox nəzərə çarpır, burunun kənarları, alın və çənə nahiyəsi qabıqlanır. Nəmliyin çatışmazlığı dərialtı piyin daha çox ifraz olmasına səbəb olur. Bu isə bir çox xanımları çaşdırır və onlar düşünürlər ki, dəri yağlı olduğundan ona qulluq etmək lazım deyil. Bu tamamilə səhv fikirdir.

Problemin həlli əlbəttə ki, mümkündür.

Çoxlu su için! Gün ərzində iki litrdən çox su içmək lazımdır. Başlanğıc üçün bir litr də kifayət edər. Suyu əvəz etmək üçün şirə və yaşıl çaydan da istifadə edə bilərsiniz, lakin qəhvədən uzaq dayanın, çünki qəhvə də dərinizi qurudacaq.

Nə qədər çətin olsa da, sabunla üzünüzü yumaqdan əl çəkin. Hətta ən yumşaq sabun belə dərinizi qurudacaq. Gündəlik istifadə üçün tərkibində nəmləndirici komponentlər olan gellərə müraciət edin. Digər uğurlu variant isə tərkibində spirt olmayan süd və toniklərdir.

Özünüzü termal su və ya təravətləndirici spreydən istifadəyə öyrəşdirin. İstifadəsi çox asandır – bir neçə dəfə üz və boyu nahiyəsinə vurmaq kifayətdir. Üstünlüyü isə ondan ibarətdir ki, üzdə maska effekti yaratmır.

Dərinizə uyğun nəmləndirici krem seçin və vaxtaşırı ondan istifadə edin. Bu halda nəticəni tez zamanda əldə edəcəksiniz.

Hərdən dəriniz üçün kiçik bayramlar təşkil edin. Üzünüzə maskalar çəkin, növbə ilə nəmləndirici və qidalandırıcı maskalardan istifadə edin.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm